• $
  • €
  • ₽
  • ₺
  • £

"Azercell Telecom" rabitə bazarında yeni biznes istiqamətini təqdim edir!

"Azercell Telecom" rabitə bazarında yeni biznes istiqamətini təqdim edir!
04.07.2022 10:03
Azərbaycan telekommunikasiya sektorunda ilk dəfə olaraq özündə həm bank əməliyyatları, həm də mobil rabitə imkanlarını birləşdirən "Azercell Fintech" məhsulları yaxın zamanda bütün abunəçilərə maliyyə xidmətləri göstərəcək

Müştərilərini əlçatımlı, eyni zamanda istifadədə rahat və şəffaf xidmətlərlə təmin etməyə çalışan "Azercell Telecom” MMC özünün rəqəmsal məhsullar çeşidini genişləndirərək müştərilərin nağdsız hesablaşma və ödənişlərini daha rahat şəkildə yerinə yetirməyə imkan yaradacaq xüsusi layihəsini təqdim edir.

Abunəçilərə təqdim olunacaq rəqəmsal kart müxtəlif növ ödənişlər həyata keçirməyə, hesabdakı balansı artırmağa imkan verəcək ki, həmin maliyyə məhsulları sürətli və asan müştəri identifikasiyasını təmin edən ucdan-uca rəqəmsal təcrübə üzərində qurulacaq.

İstehlakçının ənənəvi ödəmə üsullarını və vərdişlərini dəyişərək Azercell Fintek müştərilər üçün rahat rəqəmsal nağdsız ödəniş vasitəsinə çevrilmə potensialına malikdir. Eyni zamanda, abunəçilər xidməti aktiv etmək üçün ofisə baş çəkmədən birbaşa "Azercell"in yenilənmiş "Kabinetim” mobil tətbiqi vasitəsilə bu imkandan yararlana bilər.

Bu rəqəmsal kart həm fakturalı xətt, həm də fakturasız xətt (SimSim) abunəçilərinə bir sıra standart qeydiyyat prosedurlarından keçmədən maliyyə xidmətlərinə asan çıxış imkanı yaradacaq. Qeyd edək ki, "Azercell Telekom” bu layihəni "PAŞA Bank” ASC, "Visa” və "AzInTelecom” MMC daxil olmaqla bir sıra tərəfdaşlarla birgə əməkdaşlığı çərçivəsində həyata keçirir.

"Azercell"in Big Data, Təhlillər və Xüsusi layihələr departamentinin direktoru Azad Hüseynovun qeyd etdiyi kimi:

"Bütün ölkəni əhatə edən geniş şəbəkəmizə bankçılıq və fintek funksionallığı əlavə etmək göstərdiyimiz xidmət çeşidinin genişləndirilməsi, müştəri məmnunluğu və bağlılığının gücləndirilməsi və, əlbəttə ki, biznesin dayanıqlılığı baxımından bizim üçün böyük imkanlar yaradır.”

Bu yeni məhsulun ilk istifadəçiləri olmaq istəyən abunəçilərimiz üçün www.azercell.com səhifəsi vasitəsilə öncədən sifariş imkanı artıq mümkündür. Bunun üçün "Azercell"in rəsmi saytında qeydiyyatdan keçmək kifayətdir.

Istərdik ki, məhz Azercell bir neçə il öncə ilk olaraq özünün "Kabinetim” tətbiqi vasitəsilə "Mobil Ödəmə” xidmətini bazarda təqdim etmişdir. "Azercell" Rəqəmsal Kartı mobil rabitə bazarında maliyyə xidmətləri sahəsində dönüş nöqtəsinə çevrilərək istifadəçilərə rəqəmsal texnologiyaların imkanlarını daha yaxın və rahat edəcək.

www.anews.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Xaçmazda iki avtomobil toqquşub, bir ailənin altı üzvü xəsarət alıb
Cəmiyyət 23:30
Xaçmazda iki avtomobil toqquşub, bir ailənin altı üzvü xəsarət alıb
Qazaxda 63 yaşlı kişi Kürdə batıb
Cəmiyyət 22:56
Qazaxda 63 yaşlı kişi Kürdə batıb
Bu ərazilərdə qaz olmayacaq
Cəmiyyət 22:20
Bu ərazilərdə qaz olmayacaq
Sabah hava meteohəssas insanlar üçün əlverişsiz olacaq
Cəmiyyət 18:06
Sabah hava meteohəssas insanlar üçün əlverişsiz olacaq
Magistral yollarda görünüş məsafəsi məhdudlaşacaq
Cəmiyyət 17:43
Magistral yollarda görünüş məsafəsi məhdudlaşacaq
Gəncədə yol qəzası baş verib, xəsarət alanlar var
Cəmiyyət 13:30
Gəncədə yol qəzası baş verib, xəsarət alanlar var
Sabah Bakıya yağış, dağlıq ərazilərə qar yağacaq
Cəmiyyət 12:38
Sabah Bakıya yağış, dağlıq ərazilərə qar yağacaq
Azərbaycan vətəndaşlarının İordaniyaya vizasız rejimi tətbiq edilib
Cəmiyyət 12:01
Azərbaycan vətəndaşlarının İordaniyaya vizasız rejimi tətbiq edilib
Astarada yol qəzası nəticəsində qaz xətti zədələnib, beş kənddə qaz kəsilib
Cəmiyyət 11:45
Astarada yol qəzası nəticəsində qaz xətti zədələnib, beş kənddə qaz kəsilib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol