• $
  • €
  • ₽
  • ₺
  • £

Qonşu ölkələrdə Azərbaycan arxiv sənədlərin araşdırılmasına başlanılıb - NAZİR

Qonşu ölkələrdə Azərbaycan arxiv sənədlərin araşdırılmasına başlanılıb - NAZİR
04.07.2022 13:08
Qonşu ölkələrdə Azərbaycan arxiv sənədlərin araşdırılmasına başlanılıb.  Bunu Azərbaycanın mədəniyyət naziri Anar Kərimov "Tarixi Azərbaycan torpaqlarındakı maddi-mədəni irsimiz: İrəvandan Zəngəzuradək" kitabının təqdimatında deyib. 

Nazir açıqlayıb ki, Mədəniyyət Nazirliyi hazırda bu layihə üzərində çalışır. Anar Kərimovun sözlərinə görə, bu layihə çərçivəsində qonşu dövlətlərdə olan arxiv sənədlərinin araşdırılması baş tutacaq.

 "Bu sənədlər əsasında tarixi torpaqlarımız olan İrəvan və Zəngəzurda Azərbaycana aid tarixi faktlar tarixi mədəniyyət abidələri haqqında tədqiqatın həyata keçirilməsi, bunun nəticəsində nəşrlərin çap edilməsi və beynəlxalq səviyyədə təbliğ edilməsi nəzərdə tutulub. Ermənistan tərəfindən 30 ilə yaxın müddətdə işğal altında saxlanılan doğma torpaqlarımız Prezident İlham Əliyevin rəhbərliyi ilə ordumuz tərəfindən azad edilib. İndi həmin ərazilərdə quruculuq işləri aparılır. İnfrastruktur layihələri ilə bərabər tarixi-mədəni abidələrimiz də bərpa olunaraü  öz əvvəlki simasına qaytarılır. Əminik ki, bu işlər Prezident İlham Əliyevin söylədiyi kimi, bizim tarixi torpaqlarımız olan İrəvan və Zəngəzurda da baş verəcəkdir", - nazir qeyd etdi.

Bu gün, iyulun 4-də "Tarixi Azərbaycan torpaqlarındakı maddi-mədəni irsimiz: İrəvandan Zəngəzuradək” kitabının təqdimatı keçirilir.

Sosial Tədqiqatlar Mərkəzinin (STM)  ərsəyə gətirdiyi kitabda tarixi və geosiyasi vəziyyətə, Cənubi Qafqazın erməniləşdirilməsi siyasətinə, Ermənilərin tarixi torpaqlarımızda maddi-mədəni irsi işğal siyasətinə, 1988-1989-ci il deportasiyasına yer verilib.

Təqdimat mərasimində Sosial Tədqiqatlar Mərkəzinin İdarə Heyətinin sədri Zahid Oruc, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı, Milli Məclisin deputatı Əziz Ələkbərli və digər rəsmi şəxslər iştirak edir.
 
Ləman Qasımova 

www.anews.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Xaçmazda iki avtomobil toqquşub, bir ailənin altı üzvü xəsarət alıb
Cəmiyyət 23:30
Xaçmazda iki avtomobil toqquşub, bir ailənin altı üzvü xəsarət alıb
Qazaxda 63 yaşlı kişi Kürdə batıb
Cəmiyyət 22:56
Qazaxda 63 yaşlı kişi Kürdə batıb
Bu ərazilərdə qaz olmayacaq
Cəmiyyət 22:20
Bu ərazilərdə qaz olmayacaq
Sabah hava meteohəssas insanlar üçün əlverişsiz olacaq
Cəmiyyət 18:06
Sabah hava meteohəssas insanlar üçün əlverişsiz olacaq
Magistral yollarda görünüş məsafəsi məhdudlaşacaq
Cəmiyyət 17:43
Magistral yollarda görünüş məsafəsi məhdudlaşacaq
Gəncədə yol qəzası baş verib, xəsarət alanlar var
Cəmiyyət 13:30
Gəncədə yol qəzası baş verib, xəsarət alanlar var
Sabah Bakıya yağış, dağlıq ərazilərə qar yağacaq
Cəmiyyət 12:38
Sabah Bakıya yağış, dağlıq ərazilərə qar yağacaq
Azərbaycan vətəndaşlarının İordaniyaya vizasız rejimi tətbiq edilib
Cəmiyyət 12:01
Azərbaycan vətəndaşlarının İordaniyaya vizasız rejimi tətbiq edilib
Astarada yol qəzası nəticəsində qaz xətti zədələnib, beş kənddə qaz kəsilib
Cəmiyyət 11:45
Astarada yol qəzası nəticəsində qaz xətti zədələnib, beş kənddə qaz kəsilib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol