• $
  • €
  • ₽
  • ₺
  • £

Bu gün Bakı metrosu yay qrafikinə keçir

Bu gün Bakı metrosu yay qrafikinə keçir
04.07.2022 14:07
Bu gündən etibarən "Bakı Metropoliteni" QSC yay qrafikinə keçir.

Bu barədə  qurumun Mətbuat Xiddmətindən məlumat verilib.

Açıqlamada deyilir ki, tədris mövsümünün başa çatması, eləcə də yay istirahəti dövrünün başlanması ilə Bakı metropolitenində sərnişin axınının azalmasına səbəb olur. Bu səbəbdən Bakı metropolitenində qatarlarının hərəkət qrafikində dəyişikliklər edilir.

Sonuncu dəfə yay qrafiki 2019-cu ildə tətbiq edilib. Həmin ilə qədər gur saatlar səhər saat 7:30-dan 9:30-a, axşam isə 17:30-dan 19:30-a qədər olan vaxt hesab olunub. Builki yay dövrünün mümkün xüsusiyyətləri nəzərə alınaraq, qrafikə əsas dəyişiklik gur saat prinsipinin saat 7:00-dan 21:00-a qədər tətbir edilməsidir.

Mövsümlük yeni qrafikə görə, sərnişinlərin əsas axın saatlarında "Həzi Aslanov” stansiyasından "28 May” stansiyasına qədər və əks istiqamətdə hərəkət edən qatarlar arasındakı interval 2,5 dəqiqə təşkil edəcək. Sərnişinlərin az olduğu səhər erkən və gecə saatlarına doğru bu sahədə 3 dəqiqə və daha çox intervala hesablanmış hərəkət qrafiki tərtib edilib.

Xətlərin "28 May” stansiyasında bir-biri ilə birləşməsini nəzərə alaraq, "28 May” stansiyasından "İçərişəhər” və "Dərnəgül” stansiyalarına doğru qatarlar arasında interval iki dəfə artıq - əsas hərəkət axını saatlarında 5, digər vaxtlarda 6 dəqiqə və daha çox olacaq.

Şənbə və bazar, eləcə də bayram günləri üçün Bakı metropolitenində qatarlar arasında interval saat 07:00-dan saat 21:00-a qədər 3 dəqiqə təşkil edəcək.

Qeyd edilənlərlə yanaşı, sərnişin axını və onun istiqamətləri, eləcə də sərnişindaşımanın tənzimlənməsinə təsir göstərən digər bütün məsələlərlə bağlı monitorinqlər günün bütün vaxtlarında hər gün davam etdiriləcək. Bundan savayı, ehtiyat qatarlar nəzərdə tutulacaq və zərurət yarandığı təqdirdə xəttə buraxılacaq.

Bənövşəyi xətdə və "Xətai-Cəfər Cabbarlı” mənzilində qatarların hərəkət qrafikinə dəyişilik tətbiq olunmayıb.

Onu da xüsusi qeyd edək ki, xətlərin "28 May” stansiyasında birləşməsi və elektrik deposunun xəttin sonunda yerləşməməsi səbəbilə günün müəyyən vaxtlarında sərnişinlər "Həzi Aslanov-Ulduz” sahəsində bir sıra hallarda iki qatarın "Dərnəgül” və ya "İçərişəhər” istiqamətində hərəkət etməsini müşahidə edir, bəzən bir qədər böyük intervalla rastlaşırlar. Bu, qatarların texniki qulluq məqsədilə "Nərimanov" elektrik deposuna yola salınması və həmçinin "Bakmil” stansiyasından xəttə daxil olması ilə əlaqədardır.

Yay qrafikinin yeni tədris ilinin başlanmasına kimi qüvvədə qalması gözlənilir.

Sərnişinlərin marağı nəzərə alınaraq, "Bakmil” stansiyasına və əks istiqamətdə qatarların hərəkət cədvəli yeni qrafik qüvvəyə mindiyi gün və "Bakı Metropoliteni” QSC-nin rəsmi saytının müvaflq bölməsində dərc olunur.

www.anews.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Xaçmazda iki avtomobil toqquşub, bir ailənin altı üzvü xəsarət alıb
Cəmiyyət 23:30
Xaçmazda iki avtomobil toqquşub, bir ailənin altı üzvü xəsarət alıb
Qazaxda 63 yaşlı kişi Kürdə batıb
Cəmiyyət 22:56
Qazaxda 63 yaşlı kişi Kürdə batıb
Bu ərazilərdə qaz olmayacaq
Cəmiyyət 22:20
Bu ərazilərdə qaz olmayacaq
Sabah hava meteohəssas insanlar üçün əlverişsiz olacaq
Cəmiyyət 18:06
Sabah hava meteohəssas insanlar üçün əlverişsiz olacaq
Magistral yollarda görünüş məsafəsi məhdudlaşacaq
Cəmiyyət 17:43
Magistral yollarda görünüş məsafəsi məhdudlaşacaq
Gəncədə yol qəzası baş verib, xəsarət alanlar var
Cəmiyyət 13:30
Gəncədə yol qəzası baş verib, xəsarət alanlar var
Sabah Bakıya yağış, dağlıq ərazilərə qar yağacaq
Cəmiyyət 12:38
Sabah Bakıya yağış, dağlıq ərazilərə qar yağacaq
Azərbaycan vətəndaşlarının İordaniyaya vizasız rejimi tətbiq edilib
Cəmiyyət 12:01
Azərbaycan vətəndaşlarının İordaniyaya vizasız rejimi tətbiq edilib
Astarada yol qəzası nəticəsində qaz xətti zədələnib, beş kənddə qaz kəsilib
Cəmiyyət 11:45
Astarada yol qəzası nəticəsində qaz xətti zədələnib, beş kənddə qaz kəsilib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol