• $
  • €
  • ₽
  • ₺
  • £

Ramin Hacılının AXCP üzvlüyü barədə saxta arayışlar satdığı iddia edilir - Məhkəmə

Ramin Hacılının AXCP üzvlüyü barədə saxta arayışlar satdığı iddia edilir  - Məhkəmə
06.07.2022 14:55
Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda təqsirləndirilən Ramin Hacılının cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib. Prosesdə iddia olunub ki, Ramin Hacılı  partiya mənsubiyyəti olmayanlara AXCP üzvlüyü barədə saxta arayışlar satıb.
 
Prosesdə şahidlər dindirilib.

Hakim Azad Məcidovun sədrliyi ilə keçirilən prosesdə ifadə verən şahid Racif Əsgərli bildirib ki, 2017-ci ildə Ramin Hacılının yanında işləyib.

"Ramin Hacılının ofisində sənədləri tərcümə edirdim, tərcüməçi kimi işləyirdim. İngilis dili biliyim yaxşı olduğuna görə xaricdə təhsil almaq istəyirdim. Buna görə də Ramindən mənə köməklik göstərməsini xahiş etdim. Amma mən Raminə pul verməmişəm", - şahid bildirib.

Şahid Elnur Qəmbərov deyib ki, Almaniyaya getmək üçün Ramin Hacılıya sənədlərin hazırlanmasına görə 4500 manat pul verib. Hazırlanmış sənədlər arasında da AXCP üzvü olması haqda arayış olub.
 
"Əslində, heç bir partiyanın üzvü deyiləm. Övladım xəstə olduğu üçün nə yolla olursa-olsun, Almaniyaya getmək məcburiyyətində qalmışdım. Ona görə də məcburiyyət qarşısında Ramin Hacılıya müraciət edim. Almaniyaya gedib qayıtdım", - o deyib.

Digər şahid Nazim Osmanov da ifadəsində deyib ki, kürəkəni Anar Abdullayev də Ramin Hacılının vasitəsilə xarici ölkəyə gedib.
 
"Onun üçün hazırlanan sənədlərin də içində AXCP arayışı vardı. Əslində, kürəkənim heç bir partiyanın üzvü deyil. O, sənədlərinin hazırlanması üçün hər şey daxil, 6 min manat vermişdi”, - şahid bildirib.

Ramin Hacılı isə AXCP adından saxta sənəd hazırlanıb, müxtəlif şəxslərə verilməsi haqda ittihamları qəbul etməyib. Bildirib ki, guya bu sənədlər ondan xəbərsiz hazırlanıb.

"O arayışları mən verməmişəm, ofisdən alınıbsa da, mənim xəbərim yoxdur. Bizə verilən pulun qarşılığında səfirliyə təqdim edilən sənədlər hazırlanırdı. Viza üçün səfirliyə təqdim olunan sənədlərdə partiya məktubu olmur. Hər şey ortaya çıxacaq, məlum olacaq ki, mən həbsdə olanda işçilərim nələr eləyib”, - Hacılı deyib.

Vəkil Rəşad Əliyev Ramin Hacılının səhhətinin pis olduğu üçün onun tibbi ekspertizadan keçirilməsini istəyib.
 
"Ramin Hacılının onkoloji xəstəliyə tutulmasından şübhələnirik. Bu adam iki ay ərzində 30 kiloqram çəki itirib”, - vəkil söyləyib.

Məhkəmə vəstəti rədd edib.

Araşdırmalar iyulun 13-də davam edəcək.

İttihama görə, "No Border Travel Agency” MMC-nin rəhbəri Ramin Hacılı, "Gəncliyin Elmi-Mədəni İnkişafı” ictimai birliyinin sədri Sərdar İsgəndərov, "Yes Travel” MMC-nin vəzifəli şəxsləri Sərxan Abdullayev, Üzeyir Bağırlı, "HMH Baku Travel” MMC-nin rəhbəri Nərminə Dadaşova, Zakir Əmirov, Əziz Səfərəliyev, Akif Əsədov külli miqdarda qazanc əldə etmək məqsədi ilə ABŞ, Kanada və Avropa ölkələrinə səfər etmələri üçün Azərbaycan Respublikasının vətəndaşlarına viza alınması və səfər etdikləri ölkələrdə mühacir statusu alaraq yaşaya bilmələri üçün iş yerindən arayış, bank hesabından çıxarış, daşınar və daşınmaz əmlaka mülkiyyət hüququnu təsdiq edən sənədlər, hüquq mühafizə orqanlarına çağırış məktubu, guya xəsarət almalarına dair tibbi arayış və digər hüquq verən rəsmi sənədləri saxtalaşdırıb satmaqla, onlara müraciət etmiş şəxslərin qanunsuz miqrasiyalarını təşkil ediblər.

Qeyd edilənlərlə bağlı əvvəllər eyni xarakterli əməllərə görə dəfələrlə məhkum olunmuş Ramin Hacılı, eləcə də yuxarıda adları çəkilən digər şəxslər Cinayət Məcəlləsinin 178.3.1-ci (mütəşəkkil dəstə tərkibində dələduzluq) və digər maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilməklə, barələrində müvafiq olaraq həbs və başqa yerə getməmək haqqında iltizam qətimkan tədbirləri seçilib.(trend.az)

www.anews.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Xaçmazda iki avtomobil toqquşub, bir ailənin altı üzvü xəsarət alıb
Cəmiyyət 23:30
Xaçmazda iki avtomobil toqquşub, bir ailənin altı üzvü xəsarət alıb
Qazaxda 63 yaşlı kişi Kürdə batıb
Cəmiyyət 22:56
Qazaxda 63 yaşlı kişi Kürdə batıb
Bu ərazilərdə qaz olmayacaq
Cəmiyyət 22:20
Bu ərazilərdə qaz olmayacaq
Sabah hava meteohəssas insanlar üçün əlverişsiz olacaq
Cəmiyyət 18:06
Sabah hava meteohəssas insanlar üçün əlverişsiz olacaq
Magistral yollarda görünüş məsafəsi məhdudlaşacaq
Cəmiyyət 17:43
Magistral yollarda görünüş məsafəsi məhdudlaşacaq
Gəncədə yol qəzası baş verib, xəsarət alanlar var
Cəmiyyət 13:30
Gəncədə yol qəzası baş verib, xəsarət alanlar var
Sabah Bakıya yağış, dağlıq ərazilərə qar yağacaq
Cəmiyyət 12:38
Sabah Bakıya yağış, dağlıq ərazilərə qar yağacaq
Azərbaycan vətəndaşlarının İordaniyaya vizasız rejimi tətbiq edilib
Cəmiyyət 12:01
Azərbaycan vətəndaşlarının İordaniyaya vizasız rejimi tətbiq edilib
Astarada yol qəzası nəticəsində qaz xətti zədələnib, beş kənddə qaz kəsilib
Cəmiyyət 11:45
Astarada yol qəzası nəticəsində qaz xətti zədələnib, beş kənddə qaz kəsilib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol