• $
  • €
  • ₽
  • ₺
  • £

Yasamal rayon sakinləri İcra Hakimiyyətində qəbul edilib

Yasamal rayon sakinləri İcra Hakimiyyətində qəbul edilib
06.07.2022 15:20
Bu gün Yasamal Rayon İcra Hakimiyyətinin inzibati binasında bir qrup rayon sakini qəbul edib. Qəbulu giriş sözü ilə açan Yasamal Rayon İcra Hakimiyyətinin başçısı Elşad Həsənov vurğuladı ki, İcra Hakimiyyətinin qapıları hər bir sakinin üzünə açıqdır və həftədə iki dəfə vətəndaşlarla görüş keçirilir.
 
Görüşdə İcra başçısının müavinləri, RİH aparatının şöbə müdirləri və məsul şəxslər iştirak etdilər. Daha sonra söz alan Yasamal sakinləri öz problemləri barədə ətraflı söz açdılar. Vətəndaşlar qəzalı evlərin təmiri,məşğulluq, tikinti şirkətləri ilə vətəndaşlar arasında mübahisələr,əmlak məsələləri, sakinlərin ictimai iaşə obyektlərin fəaliyyətindən şikayətləri, tikinti normaları  və bir sıra sosial məsələlər qaldırdılar.

İcra başçısı Elşad Həsənov üç saata yaxın davam edən qəbulda sakinləri dinlədi və mübahisəli məslələrlə baglı ərazidə baxışların keçirilməsinə dair göstəriş verdi. Yasamal Rayon İcra Hakimiyyətinin başçısı qaldırılan bir sıra sosial səciyyəli problemlərin dərhal həllinə dair tapşırıq verdi.Digər məsələlər isə nəzarətə götürüldü.Yasamal Rayon İcra Hakimiyyəti başçısının qrafikə uyğun olaraq vətəndaşlarla görüş və qəbulları davam edir.













www.anews.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Xaçmazda iki avtomobil toqquşub, bir ailənin altı üzvü xəsarət alıb
Cəmiyyət 23:30
Xaçmazda iki avtomobil toqquşub, bir ailənin altı üzvü xəsarət alıb
Qazaxda 63 yaşlı kişi Kürdə batıb
Cəmiyyət 22:56
Qazaxda 63 yaşlı kişi Kürdə batıb
Bu ərazilərdə qaz olmayacaq
Cəmiyyət 22:20
Bu ərazilərdə qaz olmayacaq
Sabah hava meteohəssas insanlar üçün əlverişsiz olacaq
Cəmiyyət 18:06
Sabah hava meteohəssas insanlar üçün əlverişsiz olacaq
Magistral yollarda görünüş məsafəsi məhdudlaşacaq
Cəmiyyət 17:43
Magistral yollarda görünüş məsafəsi məhdudlaşacaq
Gəncədə yol qəzası baş verib, xəsarət alanlar var
Cəmiyyət 13:30
Gəncədə yol qəzası baş verib, xəsarət alanlar var
Sabah Bakıya yağış, dağlıq ərazilərə qar yağacaq
Cəmiyyət 12:38
Sabah Bakıya yağış, dağlıq ərazilərə qar yağacaq
Azərbaycan vətəndaşlarının İordaniyaya vizasız rejimi tətbiq edilib
Cəmiyyət 12:01
Azərbaycan vətəndaşlarının İordaniyaya vizasız rejimi tətbiq edilib
Astarada yol qəzası nəticəsində qaz xətti zədələnib, beş kənddə qaz kəsilib
Cəmiyyət 11:45
Astarada yol qəzası nəticəsində qaz xətti zədələnib, beş kənddə qaz kəsilib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol