• $
  • €
  • ₽
  • ₺
  • £

Xəstələrə işgəncə vərən 5 şəxs həbs edildi

Xəstələrə işgəncə vərən 5 şəxs həbs edildi
06.07.2022 19:10
Bakıda narkotik, alkoqolizm və digər asılılıqlardan müalicə mərkəzi kimi fəaliyyət göstərən "New Life" reabilitasiya mərkəzinin 5 əməkdaşı prokurorluq orqanları tərəfindən həbs olunub.

 APA xəbər verir ki, Binəqədi rayonu, Novxanı qəsəbəsində yerləşən mərkəzin rəhbəri Orucəli Heydərov, mərkəzdə fəaliyyət göstərən Elvüsal Hüseynov, Famil Rzayev, Sərxan Əliyev və Qənbər Həsənov mərkəzdə müalicə olunan pasientlərə işgəncə verməkdə, onları qanunsuz azadlıqdan məhrum etməkdə ittiham olunurlar.


İddia olunub ki, işgəncə nəticəsində mərkəzdə müalicə olunan bir nəfər - Hüseyn Məmmədov həyatını itirib.


Hüseyn Məmmədovun valideyni və orada qalmış daha üç nəfər - Fuad Həsənov, Kamran Əliyev və Cahangir Əliyev zərərçəkmiş qismində tanınıb.


Cinayət işinin materiallarında göstərilib ki, "New Life” Reabilitasiya Mərkəzində müalicə kursu keçən pasiyentlərin hər birindən 1500 manatdan 6600 manata qədər ödəniş alınıb. Reabilitasiya zamanı isə dünyada narkotik, alkoqol asılılığının müalicəsində tətbiq olunan "12 addım” proqramından istifadə olunub. Lakin sözügedən mərkəzdə qaydalara, əmrlərə tabe olmayan şəxslərə qarşı zorakılıq edilib. Belə ki, Hüseyn Məmmədov mərkəzdən qaçmaq istəyəndə oranın əməkdaşları onu tutub döyüblər. Qaçmaması üçün əl-qolunu bağlayıb, bu vəziyyətdə saxlayıblar. Bir gün sonra onun vəziyyəti pisləşib. Xəstəxanaya çatdırılsa da, həyatını xilas etmək mümkün olmayıb.


Zərərçəkmiş qismində tanınmış Hüseyn Məmmədov müalicə gedişində vəfat edib. Digər pasiyentlər Fuad Həsənov, Kamran Əliyev və Cahangir Əliyev isə işgəncələr nəticəsində müxtəlif bədən xəsarətləri alıblar. Onların barmaqlarının sındırıldığı və digər işgəncələrə məruz qaldığı bildirilib.


İlkin olaraq Hüseyn Məmmədovun əzab verilməsi nəticəsində öldüyü güman edilsə də, ekspertiza rəyindən sonra onun yüksək dozada narkotik qəbulundan vəfat etdiyi məlum olub.


Prokurorluq tərəfindən aparılan araşdırma nəticəsində saxlanılan beş nəfər Cinayət Məcəlləsinin 133( əzab vermə), 145.3 (qanunsuz azadlıqdan məhrum etmə) maddələri ilə təqsirləndiriliblər.


Elvüsal Hüseynov, Orucəli Əliheydərov və Famil Rzayeva həmçinin Cinayət Məcəlləsinin 192-ci( qanunsuz sahibkarlıq) maddəsi ilə də ittiham verilib. İttihama görə onlar qanunsuz sahibkarlıq yolu ilə 81 min manat gəlir əldə ediblər. İttiham olunan şəxslərin hər biri barəsində həbs qətimkan tədbiri seçilib.


Hazırda iş Bakı Ağır Cinayətlər Məhkəməsində araşdırılır.


İttiham olunan şəxslər isə heç biri özünü təqsirli bilməyərək cinayət işinin materiallarında yazılanlarla razılaşmırlar.


Məhkəmədə təqsirləndirilən şəxslərin vəkilləri Anar Məmişov, Samir İsayev və digərləri vəsatət qaldıraraq cinayət işinin yenidən istintaqa qaytarılmasını və müvəkkillərinin ev dustaqlığına buraxılmasını istəyiblər. Bundan başqa, vəkil Anar Məmişov iş üzrə prokurorluğun rəyini sübutlar siyahısından çıxarılmasını istəyib.


Vəkillərin vəsatətləri təmin olunmayıb.


Xatırladaq ki, "New Life Reabilitasiya Mərkəzinin bir müddət əvvələ kimi yüksək tələbələrə cavab verən mərkəz olması ilə bağlı telekanallarda reklamlar verilib.

www.anews.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Xaçmazda iki avtomobil toqquşub, bir ailənin altı üzvü xəsarət alıb
Cəmiyyət 23:30
Xaçmazda iki avtomobil toqquşub, bir ailənin altı üzvü xəsarət alıb
Qazaxda 63 yaşlı kişi Kürdə batıb
Cəmiyyət 22:56
Qazaxda 63 yaşlı kişi Kürdə batıb
Bu ərazilərdə qaz olmayacaq
Cəmiyyət 22:20
Bu ərazilərdə qaz olmayacaq
Sabah hava meteohəssas insanlar üçün əlverişsiz olacaq
Cəmiyyət 18:06
Sabah hava meteohəssas insanlar üçün əlverişsiz olacaq
Magistral yollarda görünüş məsafəsi məhdudlaşacaq
Cəmiyyət 17:43
Magistral yollarda görünüş məsafəsi məhdudlaşacaq
Gəncədə yol qəzası baş verib, xəsarət alanlar var
Cəmiyyət 13:30
Gəncədə yol qəzası baş verib, xəsarət alanlar var
Sabah Bakıya yağış, dağlıq ərazilərə qar yağacaq
Cəmiyyət 12:38
Sabah Bakıya yağış, dağlıq ərazilərə qar yağacaq
Azərbaycan vətəndaşlarının İordaniyaya vizasız rejimi tətbiq edilib
Cəmiyyət 12:01
Azərbaycan vətəndaşlarının İordaniyaya vizasız rejimi tətbiq edilib
Astarada yol qəzası nəticəsində qaz xətti zədələnib, beş kənddə qaz kəsilib
Cəmiyyət 11:45
Astarada yol qəzası nəticəsində qaz xətti zədələnib, beş kənddə qaz kəsilib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol