• $
  • €
  • ₽
  • ₺
  • £

Prezident bu quruma tapşırıqlar verdi

Prezident bu quruma tapşırıqlar verdi
07.07.2022 11:07
İlham Əliyev Qida Təhlükəsizliyi Agentliyinin qarşısında əhalinin sağlam qidalanması istiqamətində tapşırıqlar verib. Bunu Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) Aparat rəhbəri Elxan Mikayılov bildirib.

Onun sözlərinə görə, bu tapşırıqlar çərçivəsində dövlət proqramında tədbirlər həyata keçirilir.

"Qeyri-sağlam qidalanma nəticəsində kökəlmə, boy inkişafından geridə qalma problemləri yaradıb. Qida Təhlükəsizliyi Agentliyi buna görə də Təhsil Nazirliyi ilə sıx əməkdaşlıq edir. Sağlam qidalanma tədbirləri ilə bağlı AQTA tərəfindən 20 minə yaxın şagird arasında geniş marifləndirmə işləri həyata keçirilib. Bu prosesdə UNİCEF-in böyük töhfəsi var. "Məktəblilərin qida bələdçisi" layihəsi çərçivəsində həssas əhali kateqoriyasına daxil olan məktəblilərin düzgün qidalanması istiqamətində gələcəkdə birgə çalışmaq istəyirik ", - o əlavə edib.

Birləşmiş Millətlər Təşkilatının  Uşaq Fondunun (UNİCEF) Azərbaycandakı nümayəndəsinin müavini Villiam Abi Abdullah da sağlam qidalanmanın uşaqlar üçün vacibliyini vurğulayıb.

Onun sözlərinə görə, yaxşı qidalanmamaq uşaqların təhsilinə təsir göstərir.

 "Sağlam qidalanma vərdişlərinin uşaqlara aşılanması ilə bağlı bu mühüm layihəni tərəfdaşlarımızla yerinə yetiririk. Biz 16 məktəbdə oxuyan şagirdlərin biliklərini əvvəlcə araşdırdıq. Layihənin əvvəlində şagirdlər bildirdi ki, onlar məktəbə gələndə səhər yeməyi yemirlər. Ancaq layihədən sonra bu hal 20 %-dən 7 %-ə düşdü", - o bildirdi.

Bu gün, iyulun 7-də AQTA, UNICEF və Təhsil Nazirliyinin  birgə təşkilatçılığı ilə "Məktəblilərin qida bələdçiləri" pilot layihəsinin yekunlarına həsr olunan media brifinq keçirilir.
 
Ləman Qasımova 

www.anews.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Xaçmazda iki avtomobil toqquşub, bir ailənin altı üzvü xəsarət alıb
Cəmiyyət 23:30
Xaçmazda iki avtomobil toqquşub, bir ailənin altı üzvü xəsarət alıb
Qazaxda 63 yaşlı kişi Kürdə batıb
Cəmiyyət 22:56
Qazaxda 63 yaşlı kişi Kürdə batıb
Bu ərazilərdə qaz olmayacaq
Cəmiyyət 22:20
Bu ərazilərdə qaz olmayacaq
Sabah hava meteohəssas insanlar üçün əlverişsiz olacaq
Cəmiyyət 18:06
Sabah hava meteohəssas insanlar üçün əlverişsiz olacaq
Magistral yollarda görünüş məsafəsi məhdudlaşacaq
Cəmiyyət 17:43
Magistral yollarda görünüş məsafəsi məhdudlaşacaq
Gəncədə yol qəzası baş verib, xəsarət alanlar var
Cəmiyyət 13:30
Gəncədə yol qəzası baş verib, xəsarət alanlar var
Sabah Bakıya yağış, dağlıq ərazilərə qar yağacaq
Cəmiyyət 12:38
Sabah Bakıya yağış, dağlıq ərazilərə qar yağacaq
Azərbaycan vətəndaşlarının İordaniyaya vizasız rejimi tətbiq edilib
Cəmiyyət 12:01
Azərbaycan vətəndaşlarının İordaniyaya vizasız rejimi tətbiq edilib
Astarada yol qəzası nəticəsində qaz xətti zədələnib, beş kənddə qaz kəsilib
Cəmiyyət 11:45
Astarada yol qəzası nəticəsində qaz xətti zədələnib, beş kənddə qaz kəsilib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol