• $
  • €
  • ₽
  • ₺
  • £

Tahir Əmiraslanov kitablarını yandırmasının səbəbini açıqladı - VİDEO

Tahir Əmiraslanov kitablarını yandırmasının səbəbini açıqladı - VİDEO
07.07.2022 11:34
Azərbaycan Milli Kulinariya Mərkəzinin keçmiş direktoru Tahir Əmiraslanovun kitablarını yandırması ilə bağlı paylaşımı müzakirələrə səbəb olub. Onun paylaşımına yüzlərlə şərh gəlib.


İllərdir yığdığı kulinariyaya aid yüzlərlə kitabı yandırıb görüntülərini öz feysbuk hesabında paylaşan eks-direktor bunun səbəblərini belə izah edib.
 
"Dostlar, bəzi kitablarımı yandırmağımla bağlı yüzlərlə rəy gəlir. Müxtəlif yozumları qarşılamaq üçün səbəbini açıqlayıram:


1. İnsanlarımızın kitab oxumamalarına və bununla ölkəmizi geri çəkmələrinə etiraz edirəm.


2. "National Geographic" kimi böyük bir resursda mətbəximiz təhrif edilir. Mətbəxi qorumaq üçün yaradılmış qurum bunu təkzib etmir, cavablandırmır. Buna etirazımı bildirirəm. Bunları yozmaq lazım deyil”. 


Xatırladaq ki, Tahir Əmiraslanov paylaşdığı fotoya bu şərhi vermişdi: "Hər dəfə əsəbiləşəndə kitabların və arxivin bir hissəsini töküb yandırıram. Həm əsəblərim sakitləşır, həm ev boşalır, həm ağcaqanadlar uzaqlaşır. Kitablar, diplomlar və sairə yaxşı yanır. Mən bunları Milli Mətbəx Muzeyinə qoymaq üçün toplayırdım. Ölkəmə lazım olmayan şeylərin üstündə niyə əsməliyəm ki?”. 

www.anews.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Xaçmazda iki avtomobil toqquşub, bir ailənin altı üzvü xəsarət alıb
Cəmiyyət 23:30
Xaçmazda iki avtomobil toqquşub, bir ailənin altı üzvü xəsarət alıb
Qazaxda 63 yaşlı kişi Kürdə batıb
Cəmiyyət 22:56
Qazaxda 63 yaşlı kişi Kürdə batıb
Bu ərazilərdə qaz olmayacaq
Cəmiyyət 22:20
Bu ərazilərdə qaz olmayacaq
Sabah hava meteohəssas insanlar üçün əlverişsiz olacaq
Cəmiyyət 18:06
Sabah hava meteohəssas insanlar üçün əlverişsiz olacaq
Magistral yollarda görünüş məsafəsi məhdudlaşacaq
Cəmiyyət 17:43
Magistral yollarda görünüş məsafəsi məhdudlaşacaq
Gəncədə yol qəzası baş verib, xəsarət alanlar var
Cəmiyyət 13:30
Gəncədə yol qəzası baş verib, xəsarət alanlar var
Sabah Bakıya yağış, dağlıq ərazilərə qar yağacaq
Cəmiyyət 12:38
Sabah Bakıya yağış, dağlıq ərazilərə qar yağacaq
Azərbaycan vətəndaşlarının İordaniyaya vizasız rejimi tətbiq edilib
Cəmiyyət 12:01
Azərbaycan vətəndaşlarının İordaniyaya vizasız rejimi tətbiq edilib
Astarada yol qəzası nəticəsində qaz xətti zədələnib, beş kənddə qaz kəsilib
Cəmiyyət 11:45
Astarada yol qəzası nəticəsində qaz xətti zədələnib, beş kənddə qaz kəsilib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol