• $
  • €
  • ₽
  • ₺
  • £

Azercell-in sosial layihə müsabiqəsinin final turu baş tutdu

Azercell-in sosial layihə müsabiqəsinin final turu baş tutdu
07.07.2022 13:46
"Həyatı daha dolğun edirik!” şüarı altında keçirilən müsabiqənin finalına yeddi layihə təqdim edildi

Ötən ay "Azercell Telekom” tərəfindən elan olunaraq ölkədə sosial sahədə rəqəmsal inklüzivliyi təşviq edən sosial layihə müsabiqəsi finala adlayaraq yekun mərhələsinə yaxınlaşır. Xatırladaq ki, müsabiqənin məqsədi cəmiyyətin sosial fəallığını və inkişaf proseslərində daha aktiv iştirakını artırmaq, eləcə də, ayrı-ayrı sosial qrupların rifahının yüksəldilməsinə dəstək olmaqdır. Təhsil, mədəniyyət və sağlamlıq istiqamətində layihələri nəzərdən keçirən bu müsabiqədə rəqəmsal mühitin inkişafına, inklüzivliyə, həmçinin texnoloji həllər vasitəsilə həyat səviyyəsinin daha da yüksəldilməsinə dəstək olan layihələrə daha böyük üstünlüyün verilməsi nəzərdə tutulmuşdu. 

Qeyd edək ki, qiymətləndirmə prosesinin şəffaflığı və obyektivliyini təmin etmək məqsədilə layihələr Azercell şirkətinin əməkdaşları və ölkədə sosial məsuliyyət istiqaməti üzrə ixtisaslaşmış ekspertlərdən ibarət münsiflər heyəti tərəfindən dəyərləndirilmişdir. 

Beləliklə, bir ay müddətində davam edən qəbul prosesi zamanı 20-dən artıq müxtəlif sosial layihələrə baxılmış, onlardan seçim şərtlərini ən yaxşı əks etdirən yeddi layihə finala keçid almışdır. Təqdim olunan layihələr milli ədəbiyyatın tanıdılması, qadınların İKT və cəmiyyətin müxtəlif sahələrinə inteqrasiyası, eləcə də, fiziki məhdudiyyətli şəxslərin rəqəmsal həllər vasitəsilə daha məhsuldar və aktiv həyata cəlb olunması kimi əhəmiyyətli məsələlərin həllinə yönəlmişdi. Finala haqq qazanmış qeyri-hökumət və qeyri-kommersiya təşkilatlarının nümayəndələri layihələrinin əhəmiyyətliliyini münsiflər heyəti qarşısında əsaslandıraraq onların cəmiyyətə təsiri barədə proqnozları ilə bolüşdülər.

Yaxın zamanda seçiləcək üç qalib layihə Azercell tərəfindən qrantla mükafatlandırılacaq. 

"Azercell Telekom” fəaliyyət göstərdiyi dövr ərzində hər zaman korporativ sosial məsuliyyət prinsiplərini üstün tutaraq cəmiyyətin sosial inkişafına fayda verən layihələrin təşəbbüskarı və dəstəkçisi kimi çıxış edib. Təhsil, mədəniyyət, idman, sağlamlıq, rəqəmsal savadın artırılması və digər sahələrdə müxtəlif miqyaslı layihələrin keçirilməsinə yardımçı olan şirkət 25 il ərzində sosial layihələrə 22 milyon ABŞ dollarından artıq vəsait xərcləyib. 








www.anews.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Sərnişin avtobusunda soyğunçuluq edən şəxs saxlanılıb
Cəmiyyət 17:50
Sərnişin avtobusunda soyğunçuluq edən şəxs saxlanılıb
Küləkli hava şəraiti ilə əlaqədar gəmilərə xəbərdarlıq edilib
Cəmiyyət 17:14
Küləkli hava şəraiti ilə əlaqədar gəmilərə xəbərdarlıq edilib
Ramanada avtomobildən 6 min manat oğurlamaqda şübhəli bilinən şəxs saxlanılıb
Cəmiyyət 16:03
Ramanada avtomobildən 6 min manat oğurlamaqda şübhəli bilinən şəxs saxlanılıb
Kamran Əliyev argentinalı həmkarı ilə əməkdaşlığı müzakirə edib
Cəmiyyət 15:28
Kamran Əliyev argentinalı həmkarı ilə əməkdaşlığı müzakirə edib
Sumqayıtda beş avtomobil toqquşub, xəsarət alanlar var
Cəmiyyət 14:58
Sumqayıtda beş avtomobil toqquşub, xəsarət alanlar var
Qaradağda evdən 7 050 manatlıq qızıl-zinət əşyaları oğurlanıb
Cəmiyyət 13:30
Qaradağda evdən 7 050 manatlıq qızıl-zinət əşyaları oğurlanıb
МВД: Накануне задержаны 59 подозреваемых в различных преступлениях
Cəmiyyət 13:04
МВД: Накануне задержаны 59 подозреваемых в различных преступлениях
Sabahın hava proqnozu açıqlanıb
Cəmiyyət 12:47
Sabahın hava proqnozu açıqlanıb
Azərbaycanda noyabrın 15-dən istilik mövsümünə başlanılır
Cəmiyyət 12:06
Azərbaycanda noyabrın 15-dən istilik mövsümünə başlanılır
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol