• $
  • €
  • ₽
  • ₺
  • £

Həkimi şantaj edən baş redaktorun məhkəməsindən XƏBƏR VAR

Həkimi şantaj edən baş redaktorun məhkəməsindən XƏBƏR VAR
08.07.2022 12:39
Bakı Apellyasiya Məhkəməsində həkimi şantaj edən "www.sheffaf.az” xəbər portalının baş redaktoru Namik Əmrahovun barəsində olan məhkəmə hökmündən verilən şikayət təmin edilməyib.  Bununla bağlı qərar hakim Həsən Əhmədovun sədrliyi ilə keçirilən prosesdə elan edilib.

Bakı Ağır Cinayətlər Məhkəməsini Namik Əmrahovu 7 il müddətinə azadlıqdan məhrum edib.

"www.sheffaf.az” xəbər portalının baş redaktoru Namik Əmrahov Sabunçu rayonu, 36 nömrəli Şəhər Poliklinikasının baş həkimi Ramidə İbrahimovaya özünü "www.azinfo.tv” və www.sheffaf.az xəbər portalının rəhbəri kimi təqdim edib, onun barəsində kütləvi informasiya vasitələrində rüsvayedici məlumatlar yayacağı ilə hədələyib.2018-ci ildən etibarən ondan dəfələrlə ümumilikdə 2 min manat məbləğində pul tələb edib, tələb etdiyi məbləğin bir qismini alıb.

İstintaq orqanı tərəfindən Namik Əmrahovun barəsində Cinayət Məcəlləsinin 182.2.2 (təkrar törədilməklə hədə-qorxu ilə tələb etmə) və 308.1 (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri ilə ittiham elan edilib.

Ləman Qasımova 

www.anews.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Xaçmazda iki avtomobil toqquşub, bir ailənin altı üzvü xəsarət alıb
Cəmiyyət 23:30
Xaçmazda iki avtomobil toqquşub, bir ailənin altı üzvü xəsarət alıb
Qazaxda 63 yaşlı kişi Kürdə batıb
Cəmiyyət 22:56
Qazaxda 63 yaşlı kişi Kürdə batıb
Bu ərazilərdə qaz olmayacaq
Cəmiyyət 22:20
Bu ərazilərdə qaz olmayacaq
Sabah hava meteohəssas insanlar üçün əlverişsiz olacaq
Cəmiyyət 18:06
Sabah hava meteohəssas insanlar üçün əlverişsiz olacaq
Magistral yollarda görünüş məsafəsi məhdudlaşacaq
Cəmiyyət 17:43
Magistral yollarda görünüş məsafəsi məhdudlaşacaq
Gəncədə yol qəzası baş verib, xəsarət alanlar var
Cəmiyyət 13:30
Gəncədə yol qəzası baş verib, xəsarət alanlar var
Sabah Bakıya yağış, dağlıq ərazilərə qar yağacaq
Cəmiyyət 12:38
Sabah Bakıya yağış, dağlıq ərazilərə qar yağacaq
Azərbaycan vətəndaşlarının İordaniyaya vizasız rejimi tətbiq edilib
Cəmiyyət 12:01
Azərbaycan vətəndaşlarının İordaniyaya vizasız rejimi tətbiq edilib
Astarada yol qəzası nəticəsində qaz xətti zədələnib, beş kənddə qaz kəsilib
Cəmiyyət 11:45
Astarada yol qəzası nəticəsində qaz xətti zədələnib, beş kənddə qaz kəsilib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol