• $
  • €
  • ₽
  • ₺
  • £

Jurnalistlərə tikilən üçüncü bina haqda qərar verildiyi iddia olunur

Jurnalistlərə tikilən üçüncü bina haqda qərar verildiyi iddia olunur
08.07.2022 15:00
Prezidentin sərəncamı ilə jurnalistlər üçün inşa olunmuş 3-cü binanın media mənsublarına verilməsinin ləngiməsi bir sıra suallara səbəb olub.

Gununsesi.info-ya daxil olan məlumata görə, 255 mənzilli çoxmərtəbəli yaşayış binasının media nümayəndələrinə paylanılması barədə qərar dəyişib.

Yeni qərara görə, mənzillər Səbail rayonu ərazisində qeydiyyatda olan müharibə əlilləri və şəhid ailələrinə veriləcək.

Mənbə  hətta yerli icra hakimiyyəti tərəfindən sözgedən binada bir neçə mənzilin imtiyazlı təbəbəqənin nümayəndələrinə veriləcəyi barədə vəd verildiyini də  iddia edir.

Ötən ay 200-ə yaxın jurnalistin imzası ilə Prezident İlham Əliyevə növbəti dəfə müraciət olunub.

Amma dövlət qurumları tərəfində müraciətə hər hansı reaksiya verilməyib.

Ötən il deputat Etibar Əliyev jurnalistlər üçün tikilmiş binanın şəhid ailələrinə və müharibə əlillərinə verilməsi təklifi ilə çıxış edib. Onun təklifi bir sıra tanınmış jurnalistlər tərəfindən dəstəklənib və Prezidentə müraciət edilib. Deputatın təklifi ciddi rezonans doğurub və sosial şəbəkələrdə kəskin tənqidlərə yol açıb.


Bir qrup media nümayəndəsi E.Əliyevi jurnalistlərlə şəhid ailələrini üz-üzə qoymaqda ittiham edilib, həmçinin onu dəstəkləyən həmkarlarını qınayıb.


Mənbə bildirir ki, hazırda binanı mühafizəsi onu inşa etmiş "Portoks” MMC tərəfindən həyata keçirilir.


Amma şirkət bir neçə dəfə MEDİA Agentliyinə müraciət edərək binanı təhvil götürməyi tələb edib. Səbəb kimi, mühafizə və amortizasiya xərclərini qarşılaya bilmədiyini göstərib.


Amma Agentlikdən bu tələbə mənfi cavab verilib və məsələnin aidiyyatı dövlət qurumlarının səlahiyyətində olduğu bildirilib.

Binanın 2020-ci ilin yayında – 22iyul Mətbuat Günü jurnalistlərə paylanacağı vəd olunsa da, bu, baş tutmayıb.


Koronavirus pandemiyası, daha sonra jurnalist binalarının tikintisinə nəzarəti həyata keçirən KİVDF rəhbərliyinə cinayət işi açılması prosesi ləngidib.


Aparılan istintaq nəticəsində məlum olub ki, KİVDF rəhbərliyi, habelə tikintini həyata keçirən "Portoks” MMC-n məsul şəxsləri on milyonlarla dövlət vəsaitini talayaraq ələ keçirib.


Məhkəmənin qərarı ilə KİVDF rəhbəri Vüqar Səfərli əmlakı müsadirə olunmaqla 10 il həbs cəzasına məhkum edilib, habelə onunla əlbir olan şəxslərə müxtəlif cəzalar təyin edilib. KİVDF isə ləğv olunub, onun bazasında Medianın İnkişafına Dəstək Agentliyi – MEDİA yaradılıb.

www.anews.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Xaçmazda iki avtomobil toqquşub, bir ailənin altı üzvü xəsarət alıb
Cəmiyyət 23:30
Xaçmazda iki avtomobil toqquşub, bir ailənin altı üzvü xəsarət alıb
Qazaxda 63 yaşlı kişi Kürdə batıb
Cəmiyyət 22:56
Qazaxda 63 yaşlı kişi Kürdə batıb
Bu ərazilərdə qaz olmayacaq
Cəmiyyət 22:20
Bu ərazilərdə qaz olmayacaq
Sabah hava meteohəssas insanlar üçün əlverişsiz olacaq
Cəmiyyət 18:06
Sabah hava meteohəssas insanlar üçün əlverişsiz olacaq
Magistral yollarda görünüş məsafəsi məhdudlaşacaq
Cəmiyyət 17:43
Magistral yollarda görünüş məsafəsi məhdudlaşacaq
Gəncədə yol qəzası baş verib, xəsarət alanlar var
Cəmiyyət 13:30
Gəncədə yol qəzası baş verib, xəsarət alanlar var
Sabah Bakıya yağış, dağlıq ərazilərə qar yağacaq
Cəmiyyət 12:38
Sabah Bakıya yağış, dağlıq ərazilərə qar yağacaq
Azərbaycan vətəndaşlarının İordaniyaya vizasız rejimi tətbiq edilib
Cəmiyyət 12:01
Azərbaycan vətəndaşlarının İordaniyaya vizasız rejimi tətbiq edilib
Astarada yol qəzası nəticəsində qaz xətti zədələnib, beş kənddə qaz kəsilib
Cəmiyyət 11:45
Astarada yol qəzası nəticəsində qaz xətti zədələnib, beş kənddə qaz kəsilib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol