• $
  • €
  • ₽
  • ₺
  • £

Mirşahin telekanalları tənqid etdi - Video

Mirşahin telekanalları tənqid etdi - Video
11.07.2022 20:32
Tanınmış jurnalist Mirşahin Ağayev müəllif və aparıcısı olduğu "Mirşahinin vaxtı” verilişində reket medianı və bir sıra telekanalları tənqid edib.

Aparıcı Azərbaycanda peşəkar medianın, peşəkar jurnalistlərin özünü ifadə etmək üçün sağlam rəqabət mühitinin yaradıldığını deyib.

"Peşəkar jurnalistlər bu gün daha açıq, sərbəst şəkildə öz fikirlərini ifadə edirlər. Yeni qaydalara, daha doğrusu peşəkar əxlaqa uyğunlaşmayan reketlər, çığallar da açıq görünür. Çünki, hələ dünən onlar media məkanında olan qeyri-sağlam mühitin fonunda özlərini göstərə bilir, bulanıq suda balıq tutmağı bacarırdılar. İndi isə sular durulub. Peşəkar media fonunda onlar öz ənənəvi oyunlarını daha oynaya bilmirlər. Həmin insanlaradır sözüm. O vaxtlar keçib artıq. Peşəkarlığa doğru dəyişin, rəqabətdə dözə bilmirsizsə, cığallıq da etməyin. Əvvəllər mediamız boz rəngdə idi. Siz məhz o bozun fonunda rəngarəng görünürdüz. Amma indi artıq AzTv-də də tənqid var, İTV-də də, REAL Tv-də də. Problemli məsələ peşəkar şəkildə qaldırılır, problemin üzərinə gedilir. Belə olan halda siz sadəcə artıq olursuz”, - o söyləyib.

Mirşahin Ağayev açıq yayımda olan televiziyalara da iradlarını bildirib.

"Biz qalib Azərbaycana hələ ki, layiq ola bilmirik. Son zamanlar Azərbaycan teleməkanında inkişaf meyilləri var. Fasiləsiz xəbər xidməti olan kanalımızdan danışmayacam, təvəvökarlıqdan uzaq görünər deyə. Amma AzTv-nin, İTV-nin, ARB-24-ün timsalında müsbət dəyişiklikləri görməmək olmaz. Dünya auditoriyasına çıxmağı bacaran CBC var, Xəzər Tv artıq öz simasını müəyyənləşdirir və təəssüf ki, yerdə qalan bir neçə kanalımız var. Onlar yerdə qalıblar. Ağır da olsa, deməliyəm. Heyif ki, ictimai zövqü korlayırlar. Məndə olan dəqiq məlumatlara görə, bu kanalların rəhbərləri Prezident Administrasiyasına çağırılıb, onlara ən kəskin şəkildə iradlar bildirilib. Hətta bəzi verilişlərin oyunbazlıq məkanına, pul yığımı məntəqəsinə çevrilməsi, sonra da yığılan vəsaitin dəllallar arasında bölünməsi, bununla da bütün ölkə ictimaiyyətini aldatmaq, təhqir etmək kimi halların olduğu sərt şəkildə kanal rəhbərlərinə çatdırılıb. Məndə məsələnin hüquq-mühafizə müstəvisində araşdırma perspektivinin olması barəsində də məlumatlar var. Ona görə də, hörmətli həmkarlar, hər şey pulla ölçülmür. İctimai fikrə, ictimai zövqə, Azərbaycanın mədəni, etik davranış sisteminə, mənəvi dəyərlərimizə zərər, zərbə vurduğunuzun fərqində olun”, - o deyib.
 

www.anews.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Xaçmazda iki avtomobil toqquşub, bir ailənin altı üzvü xəsarət alıb
Cəmiyyət 23:30
Xaçmazda iki avtomobil toqquşub, bir ailənin altı üzvü xəsarət alıb
Qazaxda 63 yaşlı kişi Kürdə batıb
Cəmiyyət 22:56
Qazaxda 63 yaşlı kişi Kürdə batıb
Bu ərazilərdə qaz olmayacaq
Cəmiyyət 22:20
Bu ərazilərdə qaz olmayacaq
Sabah hava meteohəssas insanlar üçün əlverişsiz olacaq
Cəmiyyət 18:06
Sabah hava meteohəssas insanlar üçün əlverişsiz olacaq
Magistral yollarda görünüş məsafəsi məhdudlaşacaq
Cəmiyyət 17:43
Magistral yollarda görünüş məsafəsi məhdudlaşacaq
Gəncədə yol qəzası baş verib, xəsarət alanlar var
Cəmiyyət 13:30
Gəncədə yol qəzası baş verib, xəsarət alanlar var
Sabah Bakıya yağış, dağlıq ərazilərə qar yağacaq
Cəmiyyət 12:38
Sabah Bakıya yağış, dağlıq ərazilərə qar yağacaq
Azərbaycan vətəndaşlarının İordaniyaya vizasız rejimi tətbiq edilib
Cəmiyyət 12:01
Azərbaycan vətəndaşlarının İordaniyaya vizasız rejimi tətbiq edilib
Astarada yol qəzası nəticəsində qaz xətti zədələnib, beş kənddə qaz kəsilib
Cəmiyyət 11:45
Astarada yol qəzası nəticəsində qaz xətti zədələnib, beş kənddə qaz kəsilib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol