• $
  • €
  • ₽
  • ₺
  • £

Azərbaycanda Aİ-95 benzininin bahalaşmasının qaçılmaz olması barədə məlumatlar yayılır

Azərbaycanda Aİ-95 benzininin bahalaşmasının qaçılmaz olması barədə məlumatlar yayılır
12.07.2022 10:32
Azərbaycanda Aİ-95 markalı benzinin bahalaşacağı gözlənilir. Bildirilir ki, dünya bazarında neftin qiymətindəki volatillik yanacaq növlərinin də qiymətinin yüksəlməsini şərtləndirir.

Ekspertlərin rəyinə görə, Azərbaycan Aİ-95 markalı benzin istehsal etmir, xaricdən alır, dünyada Aİ-95-in qiyməti qalxdığına görə, Azərbaycan da həmin növ yanacağın qiymətini artırmağa məcburdur.

Neft-qaz sahəsi üzrə ekspert İlham Şaban bildirib ki, Aİ-95 markalı benzinin qiyməti sonuncu dəfə ötən ilin sentyabrın 15-də artırılıb.

"Həmin dövrdə neftin dünya bazarında qiyməti 73-75 dollar arasında dəyişirdi. Son on ay ərzində neftin qiyməti 50% artıb. Bu da bahalaşmanı labüd edir. 2014-cü il aprelin 1-dən etibarən Azərbaycanda yüksək oktanlı benzinin qiyməti dövlət tərəfindən tənzimlənmir. Belə olan halda benzinin qiymətinin sabit qalması təəccüblüdür. Reallıq ondan ibarətdir ki, qanunla olmasa da, dövlət qiyməti öz resursları hesabına tənzimləyib”, - deyə o qeyd edib.

Ekspert bildirir ki, artıq Avropa ölkələri tamamilə Aİ-95 markalı benzindən istifadəyə keçib. İstehsalçılar Azərbaycana gətirilən yeni avtomobillərlə bağlı da Aİ-95 markalı benzindən istifadə tələbi qoyur:

"Azərbaycana gətirilən Çin avtomobilləri ilə bağlı da istehsalçılar Aİ-95 markalı benzindən istifadə tələbi qoyub. Yəni, Ai-92 markalı benzindən getdikcə imtina edilir”.

Ekspert vəziyyətdən çıxış yolundan da danışıb: "Aİ-95 markalı benzinə kütləvi keçidi nəzərə alaraq, bu benzinin yerli istehsalı ilə bağlı işlər sürətləndirilməli, bu sahədə idxaldan asılılıq azaldılmalıdır. Heydər Əliyev adına Bakı Neft Emalı Zavodunda uzun müddətdir ki, modernləşdirilməsi işləri aparılır. Bu işlər sürətləndirilməli, yüksək oktanlı benzinin yerli istehsalına başlanılmalıdır”.

İqtisadçı ekspert Eldəniz Əmirov da bildirib ki, Aİ-95 və digər yüksək oktanlı benzin məhsullarının bahalaşması dünyada baş verən ümumi qiymət artımları, o cümlədən neftin bahalaşması ilə birbaşa bağlıdır.

O deyib ki, əvvəlki dövrdə Azərbaycanda müəyyən qədər Aİ-95 markalı benzin istehsal edilib. Amma bu daxili tələbatı ödəmək iqtidarında olmayıb.

"Hazırda Aİ-95 markalı benzin Azərbaycana əsasən Rumıniya və Rusiyadan idxal edilir. Ona görə də bu ölkələrdə baş verən qiymət artımları nəticə olaraq yüksək oktanlı benzinin də qiymətinə öz təsirini göstərir”, - deyə Eldəniz Əmirov qeyd edib.

Ekspert əlavə edib ki, neftlə yanaşı, ümumilikdə Aİ-95 markalı benzinin alınması üçün texnoloji proseslərin bahalaşması və digər resurslardan istifadə də bu markalı benzinin bahalaşmasına gətirib çıxarır. (Apa)

www.anews.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Xaçmazda iki avtomobil toqquşub, bir ailənin altı üzvü xəsarət alıb
Cəmiyyət 23:30
Xaçmazda iki avtomobil toqquşub, bir ailənin altı üzvü xəsarət alıb
Qazaxda 63 yaşlı kişi Kürdə batıb
Cəmiyyət 22:56
Qazaxda 63 yaşlı kişi Kürdə batıb
Bu ərazilərdə qaz olmayacaq
Cəmiyyət 22:20
Bu ərazilərdə qaz olmayacaq
Sabah hava meteohəssas insanlar üçün əlverişsiz olacaq
Cəmiyyət 18:06
Sabah hava meteohəssas insanlar üçün əlverişsiz olacaq
Magistral yollarda görünüş məsafəsi məhdudlaşacaq
Cəmiyyət 17:43
Magistral yollarda görünüş məsafəsi məhdudlaşacaq
Gəncədə yol qəzası baş verib, xəsarət alanlar var
Cəmiyyət 13:30
Gəncədə yol qəzası baş verib, xəsarət alanlar var
Sabah Bakıya yağış, dağlıq ərazilərə qar yağacaq
Cəmiyyət 12:38
Sabah Bakıya yağış, dağlıq ərazilərə qar yağacaq
Azərbaycan vətəndaşlarının İordaniyaya vizasız rejimi tətbiq edilib
Cəmiyyət 12:01
Azərbaycan vətəndaşlarının İordaniyaya vizasız rejimi tətbiq edilib
Astarada yol qəzası nəticəsində qaz xətti zədələnib, beş kənddə qaz kəsilib
Cəmiyyət 11:45
Astarada yol qəzası nəticəsində qaz xətti zədələnib, beş kənddə qaz kəsilib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol