• $
  • €
  • ₽
  • ₺
  • £

Müharibə iştirakçısının şikayətinə rəsmi cavab - 164 571 manat yardım edildiyi deyilir

Müharibə iştirakçısının şikayətinə rəsmi cavab - 164 571 manat yardım edildiyi deyilir
15.07.2022 10:11
Sabirabad rayonundan olan İkinci Qarabağ Müharibəsi iştirakçısı Əli Əliyev sosial şəraitindən şikayətlənib. Rəsmi qurumlar isə yardım edildiyini deyir.

O, rayon icra hakimiyyətinin qarşısına gələrək ona qarşı baxımsızlıq olduğunu iddia edib.

 "Heç bir şey eləmirlər. 250 manata ev tutublar, 50 manatını özüm verirəm”, - o deyib.

"Qafqazinfo” məsələ ilə bağlı Sabirabad Rayon İcra Hakimiyyətinə sorğu ünvanlayıb. Qurumdan  bildirilib ki, qazi Əli Əliyevin ailəsinin rayonda bina evi var.

 "Lakin ayağındakı problemi nəzərə alaraq ona rahat hərəkət etməsi üçün kirayə həyət evi tutulub. Rayon İcra Hakimiyyəti tərəfindən Əli Əliyevə hər ay 200 manat kirayə pulu verilir. Nə vaxt qəbul edilmək istəyirsə, burada heç bir problemsiz qəbul edilir. Hətta icra hakimiyyətinin işçiləri onun ayağındakı problemə görə binanın qabağına düşüb özləri onu qəbul otağına qaldırırlar. YAŞAT fondu tərəfindən Türkiyədə müalicə edilib, eyni zamanda aylıq sosial müavinətlər də alır”, - o söyləyib.

Qarabağ Müharibəsi iştirakçısının sosial təminatları ilə bağlı məlumat almaq üçün Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə də sorğu ünvanladıq. Nazirlikdən bildirildi ki, Əliyev Əli Tofiq oğluna 5 may 2021-ci il tarixdən I dərəcə müharibə əlilliyi təyin edilib.
 
"Ona 400 manat məbləğində Prezidentin aylıq təqaüdü və 248.16 manat məbləğində əmək pensiyası olmaqla, aylıq cəmi 648.16 manat ödənilir. Əliyevə həmçinin 8800 manat sığorta ödənişi, YAŞAT Fondu tərəfindən 164 571 manat maddi yardım edilib. Əliyevin anası Əliyeva Mətanət Əliağa qızı 27 may 2021-ci il tarixdə, atası Əliyev Tofiq Qaraş oğlu 23 sentyabr 2021-ci il tarixdə "DOST İş Mərkəzi" MMC-də sosial işlə təmin olunub. O, Sabirabad rayon İH tərəfindən imtiyazlı şəxs kimi mənzil növbəsinə götürülüb. 27 sentyabr 2021-ci ildə Nazirlik  tərəfindən imtiyazlı şəxs kimi minik avtomobili ilə təmin olunub”, - qurumdan deyilib.









www.anews.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Xaçmazda iki avtomobil toqquşub, bir ailənin altı üzvü xəsarət alıb
Cəmiyyət 23:30
Xaçmazda iki avtomobil toqquşub, bir ailənin altı üzvü xəsarət alıb
Qazaxda 63 yaşlı kişi Kürdə batıb
Cəmiyyət 22:56
Qazaxda 63 yaşlı kişi Kürdə batıb
Bu ərazilərdə qaz olmayacaq
Cəmiyyət 22:20
Bu ərazilərdə qaz olmayacaq
Sabah hava meteohəssas insanlar üçün əlverişsiz olacaq
Cəmiyyət 18:06
Sabah hava meteohəssas insanlar üçün əlverişsiz olacaq
Magistral yollarda görünüş məsafəsi məhdudlaşacaq
Cəmiyyət 17:43
Magistral yollarda görünüş məsafəsi məhdudlaşacaq
Gəncədə yol qəzası baş verib, xəsarət alanlar var
Cəmiyyət 13:30
Gəncədə yol qəzası baş verib, xəsarət alanlar var
Sabah Bakıya yağış, dağlıq ərazilərə qar yağacaq
Cəmiyyət 12:38
Sabah Bakıya yağış, dağlıq ərazilərə qar yağacaq
Azərbaycan vətəndaşlarının İordaniyaya vizasız rejimi tətbiq edilib
Cəmiyyət 12:01
Azərbaycan vətəndaşlarının İordaniyaya vizasız rejimi tətbiq edilib
Astarada yol qəzası nəticəsində qaz xətti zədələnib, beş kənddə qaz kəsilib
Cəmiyyət 11:45
Astarada yol qəzası nəticəsində qaz xətti zədələnib, beş kənddə qaz kəsilib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol