• $
  • €
  • ₽
  • ₺
  • £

“Azəriqaz”ın Çağrı Mərkəzinə 60 min müraciət daxil olub

“Azəriqaz”ın Çağrı Mərkəzinə 60 min müraciət daxil olub
15.07.2022 20:00
2022-ci il ərzində SOCAR "Azəriqaz” İstehsalat Birliyinin 104 Çağrı mərkəzinə 60 min 48 müraciət daxil olub. Bu sözləri SOCAR "Azəriqaz” İstehsalat Birliyinin Qəza Çağrı Xidməti şöbəsinin rəisi Xalidə Şimşək bu gün keçirilən "Açıq Qapı” aksiyasında deyib.
 

Şöbə rəisi bildirib ki, daxil olan müraciətlərin 27 min 351-i xidmət əməkdaşları tərəfindən əraziyə əməliyyat qrupu göndərilmədən həll olunub: "Keçən ilin müvafiq dövründə isə 65 min 273 müraciət daxil olub ki, bu da bu ilin iyul ayı ilə müqayisədə 5 min 225 məlumat azdır. Ödəniş etmədiyinə görə qaz təchizatı dayandırılmış abonentlərdən 1 554 müraciət daxil olub. Bu abonentlərin qaz təchizatı bir deyil, üç aylıq borclarını ödəmədiyi üçün dayandırılıb”.
 
Birliyin Sağlamlıq, əməyin təhlükəsizliyi, ətraf mühitin mühafizəsi və keyfiyyətə nəzarət şöbəsinin rəisi İlkin Behbudov yay ayları olmasına baxmayaraq Birlik əməkdaşlarının böyük səylə çalışdığını, payız-qış mövsümlərinə hazırlıq işlərinin davam etdirildiyini diqqətə çatdırıb. Şöbə rəisi qeyd edib ki, qaz kəməri üzərində təmir-bərpa işləri həyata keçirilməkdədir:
 
"İki ay ərzində işlərə başlamışıq. 4904 km kəmər dayaqlar üzərinə qaldırılaraq bərkidilib, 43 min 883 metr uzunluğunda qaz xətlərində isə rənglənmə, abadlıq işləri aparılıb”, - o deyib. 

www.anews.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Xaçmazda iki avtomobil toqquşub, bir ailənin altı üzvü xəsarət alıb
Cəmiyyət 23:30
Xaçmazda iki avtomobil toqquşub, bir ailənin altı üzvü xəsarət alıb
Qazaxda 63 yaşlı kişi Kürdə batıb
Cəmiyyət 22:56
Qazaxda 63 yaşlı kişi Kürdə batıb
Bu ərazilərdə qaz olmayacaq
Cəmiyyət 22:20
Bu ərazilərdə qaz olmayacaq
Sabah hava meteohəssas insanlar üçün əlverişsiz olacaq
Cəmiyyət 18:06
Sabah hava meteohəssas insanlar üçün əlverişsiz olacaq
Magistral yollarda görünüş məsafəsi məhdudlaşacaq
Cəmiyyət 17:43
Magistral yollarda görünüş məsafəsi məhdudlaşacaq
Gəncədə yol qəzası baş verib, xəsarət alanlar var
Cəmiyyət 13:30
Gəncədə yol qəzası baş verib, xəsarət alanlar var
Sabah Bakıya yağış, dağlıq ərazilərə qar yağacaq
Cəmiyyət 12:38
Sabah Bakıya yağış, dağlıq ərazilərə qar yağacaq
Azərbaycan vətəndaşlarının İordaniyaya vizasız rejimi tətbiq edilib
Cəmiyyət 12:01
Azərbaycan vətəndaşlarının İordaniyaya vizasız rejimi tətbiq edilib
Astarada yol qəzası nəticəsində qaz xətti zədələnib, beş kənddə qaz kəsilib
Cəmiyyət 11:45
Astarada yol qəzası nəticəsində qaz xətti zədələnib, beş kənddə qaz kəsilib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol