• $
  • €
  • ₽
  • ₺
  • £

"Uşağımın günahkarı tapılsın, cəzalandırılsın" - Özünü yandıran qazinin anası - Video

"Uşağımın günahkarı tapılsın, cəzalandırılsın" - Özünü yandıran qazinin anası - Video
16.07.2022 11:18
Sabirabad rayon İcra Hakimiyyətinin qarşısında özünü yandıraraq intihar edən Elvin Cəfərovun yas mərasimi keçirilir. Ailəni ziyarətə gələnlər Elvinin igidliyindən danışır, ona edilən haqsızlıqdan gileylənirlər. Anası Ruqiyyə Cəfərova isə oğlunu ölümə təhrik edənlərin cəzalandırılmasını tələb edir.

Bu barədə "Meydan TV”nin reportajında bildirilib.

"Xahiş edirəm, iyulun 7-si 9-u kiminlə görüşübsə, o sözü kim deyibsə... Mənim uşağımın günahkarını tapsın versin əlimə, vəssalam. Qoy cəzalandırsın”, - R. Cəfərova bildirib.

Elvinin qardaşı Elnur Cəfərov icra başçısının yas mərasiminə buraxılması məsələsinə də münasibət bildirib:

"Nə mənim, nə qardaşımın, nə də nəslimin qanı, pul ilə nə satılıq deyil, nə alınmalıq deyil. Artıq əskik yazmasınlar orda ki, guya icra başçısı mənim anama, mənə pul verib, ona görə həyətə girib. Bu gün mənim qapıma düşmənim də gəlsə, mən onu qovan deyiləm. Çünki mən yaslıyam. Mən onu qovsam, mənim ölümə hörmətsizlikdir.

Qeyd edək ki, Sabirabad rayon prokurorluğunda İkinci Qarabağ müharibəsi veteranı Elvin Cəfərovun intihar etməsi ilə bağlı cinayət işi başlanıb, araşdırmalar aparılır. O, iyulun 10-da Sabirabad rayon İcra Hakimiyyətinin binasının qarşısında qarşısında özünü yandırıb.


www.anews.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Xaçmazda iki avtomobil toqquşub, bir ailənin altı üzvü xəsarət alıb
Cəmiyyət 23:30
Xaçmazda iki avtomobil toqquşub, bir ailənin altı üzvü xəsarət alıb
Qazaxda 63 yaşlı kişi Kürdə batıb
Cəmiyyət 22:56
Qazaxda 63 yaşlı kişi Kürdə batıb
Bu ərazilərdə qaz olmayacaq
Cəmiyyət 22:20
Bu ərazilərdə qaz olmayacaq
Sabah hava meteohəssas insanlar üçün əlverişsiz olacaq
Cəmiyyət 18:06
Sabah hava meteohəssas insanlar üçün əlverişsiz olacaq
Magistral yollarda görünüş məsafəsi məhdudlaşacaq
Cəmiyyət 17:43
Magistral yollarda görünüş məsafəsi məhdudlaşacaq
Gəncədə yol qəzası baş verib, xəsarət alanlar var
Cəmiyyət 13:30
Gəncədə yol qəzası baş verib, xəsarət alanlar var
Sabah Bakıya yağış, dağlıq ərazilərə qar yağacaq
Cəmiyyət 12:38
Sabah Bakıya yağış, dağlıq ərazilərə qar yağacaq
Azərbaycan vətəndaşlarının İordaniyaya vizasız rejimi tətbiq edilib
Cəmiyyət 12:01
Azərbaycan vətəndaşlarının İordaniyaya vizasız rejimi tətbiq edilib
Astarada yol qəzası nəticəsində qaz xətti zədələnib, beş kənddə qaz kəsilib
Cəmiyyət 11:45
Astarada yol qəzası nəticəsində qaz xətti zədələnib, beş kənddə qaz kəsilib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol