• $
  • €
  • ₽
  • ₺
  • £

DYP hüquqi şəxslərə və dövlət qurumlarına müraciət edib

DYP hüquqi şəxslərə və dövlət qurumlarına müraciət edib
18.07.2022 16:13
Bakı şəhər Dövlət Yol Polisi İdarəsi (DYPİ) hüquqi şəxslərə və dövlət qurumlarına müraciət edib.

Bu barədə  idarənin baş inspektoru polis mayoru Araz Əsgərli bildirib.

O bildirib ki, hüquqi şəxslərin, eləcə də dövlət qurumlarının istifadəsində olan avtomobillərin hər hansısa fiziki şəxsin idarəetməsinə verilməsi, habelə həmin sürücü barədə lazımi məlumatlar və ya həmin məlumatlara edilən dəyişikliklər olduğu halda (şəxsin qeydiyyatda olduğu və yaşadığı ünvan, mobil telefonu,olduğu halda elektron ünvanı, sürücülük vəsiqəsinin nömrəsi) 3 gün ərzində aidiyyatı üzrə DYP-nin mərkəzi informasiya bazasına ötürülməsi tələb olunur:

"Belə ki, vaxtında məlumat təqdim etməyən hüquqi şəxsin mülkiyyətində və ya istifadəsində, və yaxudda dövlət qurumunun istifadəsində olan nəqliyyat vasitəsinin iştirakı ilə inzibati xətanın törədilməsi zamanı onu idarə etmiş şəxsin barəsində DYP-nin sorğusu daxil olubsa, həmin vaxtdan 5 gün müddətində qeyd etdiyimiz kimi hüquqi şəxs və ya dövlət orqanı sürücü barəsində məlumat vermədikdə İnzibati Xətalar Məcəlləsinin 347-ci maddəsinə əsasən vəzifəli şəxslər üçün 150, hüquqi şəxs üçün isə 300 manat məbləğində cərimə halı nəzərdə tutulan məsuliyyətə cəlb ediləcəyini bilməlidir. Bir daha bu kateqoriyaya aid olan şəxslərə qanunvericiliyin tələblətinə ciddi şəkildə əməl etməyi, qanunun aliliyi prinsipini unutmamağı, sadə vətəndaşlar arasında narazlıq yaratmamağı və ən əsası yol hərəkəti qaydalarını pozaraq məsuliyyətdən yayınmağı düşünüb dövlətin qanunla qorunan tələblərinə hörmətsizlik edib, nizam-intizama xələl gətirəcək addımlardan çəkinməyi xahiş edirik".

www.anews.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Xaçmazda iki avtomobil toqquşub, bir ailənin altı üzvü xəsarət alıb
Cəmiyyət 23:30
Xaçmazda iki avtomobil toqquşub, bir ailənin altı üzvü xəsarət alıb
Qazaxda 63 yaşlı kişi Kürdə batıb
Cəmiyyət 22:56
Qazaxda 63 yaşlı kişi Kürdə batıb
Bu ərazilərdə qaz olmayacaq
Cəmiyyət 22:20
Bu ərazilərdə qaz olmayacaq
Sabah hava meteohəssas insanlar üçün əlverişsiz olacaq
Cəmiyyət 18:06
Sabah hava meteohəssas insanlar üçün əlverişsiz olacaq
Magistral yollarda görünüş məsafəsi məhdudlaşacaq
Cəmiyyət 17:43
Magistral yollarda görünüş məsafəsi məhdudlaşacaq
Gəncədə yol qəzası baş verib, xəsarət alanlar var
Cəmiyyət 13:30
Gəncədə yol qəzası baş verib, xəsarət alanlar var
Sabah Bakıya yağış, dağlıq ərazilərə qar yağacaq
Cəmiyyət 12:38
Sabah Bakıya yağış, dağlıq ərazilərə qar yağacaq
Azərbaycan vətəndaşlarının İordaniyaya vizasız rejimi tətbiq edilib
Cəmiyyət 12:01
Azərbaycan vətəndaşlarının İordaniyaya vizasız rejimi tətbiq edilib
Astarada yol qəzası nəticəsində qaz xətti zədələnib, beş kənddə qaz kəsilib
Cəmiyyət 11:45
Astarada yol qəzası nəticəsində qaz xətti zədələnib, beş kənddə qaz kəsilib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol