• $
  • €
  • ₽
  • ₺
  • £

Sürücü dedi ki, yuxarıdan tapşırıq var, gediş haqqı 40 qəpik olub - Naxçıvan sakini

Sürücü dedi ki, yuxarıdan tapşırıq var, gediş haqqı 40 qəpik olub - Naxçıvan sakini
18.07.2022 23:09
Bu gündən etibarən Naxçıvan şəhəri daxilində avtobusların gediş haqqı 10 qəpik qaldırılıb. Yeni tariflə bağlı əhaliyə əvvəlcədən məlumat verilməyib və bununla bağlı rəsmi qərar da hələ ki, ictimailəşdirilməyib. Rayon, qəsəbə və kəndlərə isə məsafədən asılı olaraq gediş haqqı 30 faizədək bahalaşıb.

Yeniavaz.com xəbər verir ki, bu haqda "Gündəlik Naxçıvan"a yerli sakinlər məlumat veriblər. Naxçıvan şəhər sakini Murtuz Abdullayev deyir ki, yeni qiymət barədə əvvəlcədən məlumat verilmədiyi üçün bunu avtobus sürücüsündən öyrənib.

"Bu gün səhər işə gedərkən avtobusa 30 qəpik pul verdim. Sürücü dedi ki, qiymətlər bu gündən qalxaraq 40 qəpik olub. Mən etiraz etdim. Bildirdim ki, bu barədə hökumətin qərarı olmayıb. Sürücü israr etdi ki, qeyri-rəsmi yuxarıdan tapşırıq var, ya 40 qəpik ödəyəcəksən, ya da marşrutdan enəcəksən. Məcbur qalıb əlavə 10 qəpik də ödədim”.
Başqa bir şikayətçi Vəli Nəbiyev isə deyir ki, qiymətlərin bahalaşmasına görə, onun olduğu avtobusda sərnişinlərlə sürücü arasında mübahisə yaranıb:

"Marşrut sürücüsü sərnişinlərə gedişhaqqının 30 qəpikdən 40 qəpiyə qalxdığını elan etdi. Sərnişinlər etiraz edərək sürücüdən gediş haqqının 40 qəpik olması ilə bağlı elanı yazıb avtobusa yapışdırmağı tələb etdilər. Sürücü etiraz etdi. Bu səbəbdən sürücü ilə sərnişinlər arasında mübahisə yarandı. Sürücü qiymətlərin rəsmi qalxmadığını, yuxarıların tapşırığı olduğunu bildirdi. Dedi ki, Aİ-95 markalı benzinin qiyməti qalxıb. Sərnişinlər bu avtobusların Aİ-95 markalı yanacaqla işləmədiyini bildirsə də xeyri olmadı. Sürücü sərnişinlərdən bir gediş üçün 40 qəpik aldı”.
www.anews.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Xaçmazda iki avtomobil toqquşub, bir ailənin altı üzvü xəsarət alıb
Cəmiyyət 23:30
Xaçmazda iki avtomobil toqquşub, bir ailənin altı üzvü xəsarət alıb
Qazaxda 63 yaşlı kişi Kürdə batıb
Cəmiyyət 22:56
Qazaxda 63 yaşlı kişi Kürdə batıb
Bu ərazilərdə qaz olmayacaq
Cəmiyyət 22:20
Bu ərazilərdə qaz olmayacaq
Sabah hava meteohəssas insanlar üçün əlverişsiz olacaq
Cəmiyyət 18:06
Sabah hava meteohəssas insanlar üçün əlverişsiz olacaq
Magistral yollarda görünüş məsafəsi məhdudlaşacaq
Cəmiyyət 17:43
Magistral yollarda görünüş məsafəsi məhdudlaşacaq
Gəncədə yol qəzası baş verib, xəsarət alanlar var
Cəmiyyət 13:30
Gəncədə yol qəzası baş verib, xəsarət alanlar var
Sabah Bakıya yağış, dağlıq ərazilərə qar yağacaq
Cəmiyyət 12:38
Sabah Bakıya yağış, dağlıq ərazilərə qar yağacaq
Azərbaycan vətəndaşlarının İordaniyaya vizasız rejimi tətbiq edilib
Cəmiyyət 12:01
Azərbaycan vətəndaşlarının İordaniyaya vizasız rejimi tətbiq edilib
Astarada yol qəzası nəticəsində qaz xətti zədələnib, beş kənddə qaz kəsilib
Cəmiyyət 11:45
Astarada yol qəzası nəticəsində qaz xətti zədələnib, beş kənddə qaz kəsilib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol