• $
  • €
  • ₽
  • ₺
  • £

Elvin Cəfərovun anasının iddialarına - Rəsmi cavab

Elvin Cəfərovun anasının iddialarına - Rəsmi cavab
19.07.2022 11:48
Sabirabadda özünü yandıraraq intihar edən qazi Elvin Cəfərovun anası Ruqiyyə Cəfərova övladının niyə bu addımı ata biləcəyi ilə bağlı sualı cavablandırıb.
 
Onun iddiasına görə, oğlu pensiyasının kəsildiyini, yerli qurumlardan kifayət qədər diqqət görmədiyini bildirib. Rəsmi qurumlar qazi anasının iddialarına aydınlıq gətiriblər, məsələ ilə bağlı növbəti dəfə açıqlama veriblər.  

Belə ki, Ruqiyyə Cəfərova yas mərasimi zamanı Meydan TV-yə açıqlamasında bildirib ki, artırılacağı deyilərək son iki ayda oğluna təyin olunan pensiya tamamilə kəsilib, kartı harasa göndərilib. Ananın sözlərinə görə, o, işə nazirlik tərəfindən deyil, öz təşəbbüsü ilə düzəlib: "Burda deyirlər ki, məni icra, DOST mərkəzi işə düzəldib. Mən özüm işə düzəlmişəm. Kasıblığıma görə hörmət edib, işə götürüblər”.

Qazi Elvin Cəfərovun qardaşı Elnur Cəfərov isə qardaşına şəhid statusu verilməsini istəyib. "Mənim qardaşıma şəhid status verilsin, ruhu şad olsun... ”

 Dövlət Məşğulluq Xidmətinin mətbuat xidmətinin rəhbəri Əsmər Nəcməddinqızı mövzu ilə bağlı saytımıza belə açıqlama verib: "Cəfərova Ruqiyə Musa qızının müraciəti ilə bağlı bildiririk ki, vətəndaş Dövlət Məşğulluq Agentliyi tərəfindən həm özünüməşğulluq proqramına cəlb olunaraq aktivlərlə, həm də məşğulluq orqanının göndərişi əsasında işlə təmin olunub.

Ona 6 iyul 2021-ci ildə 16 saylı Ərazi Məşğulluq Filialı tərəfindən proqram çərçivəsində mal-qara və 400 kq yem təqdim edilib. Daha sonra isə məşğulluq filialı tərəfindən Ruqiyə Cəfərovaya iş yerinə göndəriş verilib və onun 8 avqust 2021-ci tarixində işəgötürən ilə əmək müqaviləsi imzalanıb. Qeyd edim ki, Cəfərov Elvin Zakir oğlu da Dövlət Məşğulluq Agentliyi tərəfindən öz razılığı əsasında ictimai iş ilə təmin olunmuşdu. Allah qazimizə rəhmət etsin. Onun ailəsinin sosial təminatı bundan sonra da diqqətimizdə olacaq”.

Şikayətlə bağlı Dövlət Sosial Müdafiə Fonduna da müraciət etdik. Sorğumuzu qurumun İctimaiyyətlə əlaqələr departamentinin müdiri Rəşad Mehdili cavablandırıb. Onun sözlərinə görə, mərhum qaziyə olunan ödənişlərdə hər hansı problem olmayıb: "İlk növbədə qazimizə Allahdan rəhmət diləyirik və bildiririk ki, bundan sonra da onun ailəsinin sosial təminatı diqqətimizdə olacaq. Əslində məsələ ailə üzvlərinin qeyd etdiyi kimi deyil. İyun ayı da daxil olmaqla qazimizin ödənişində hər hansı problem olmayıb. Qazimizə 30.06.2022-ci il tarixinədək 420,00 manat məbləğində təqaüd və müavinət ödənilib.
Bundan başqa, qazimizin pensiya hüququ olan 3 ailə üzvünə də 886,50 manat məbləğində ailə başçısını itirməyə görə pensiya təyin ediləcək. Həmçinin ailəyə 720 manat məbləğində dəfn üçün müavinət ödəniləcək”.

Br neçə gün əvvəl Sabirabadda özünü yandıraraq intihara cəhd edən qazi Elvin Cəfərov ağır vəziyyətdə Respublika Yanıq Mərkəzinə yerləşdirilib. 35 yaşlı qazi orada dünyasını dəyişib. O intihar etməzdən öncəki son videosunda Sabirabad rayon icra başçısının qəbuluna düşə bilmədiyini bildirmişdi. Sabirabad Rayon İcra Hakimiyyətinin rəhbəri Siraqəddin Cabbarov isə dəfələrlə mərhum qazi ilə görüşdüyünü, problemlərini dinlədiyini demişdi.
 
Baş Prokurorluğun hadisə ilə bağlı yaydığı açıqlamada bildirilib ki, Elvin Cəfərovun özünü yandıraraq intihar etməsi faktı ilə bağlı hazırda Sabirabad Rayon Prokurorluğunda araşdırma aparılır.






www.anews.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Xaçmazda iki avtomobil toqquşub, bir ailənin altı üzvü xəsarət alıb
Cəmiyyət 23:30
Xaçmazda iki avtomobil toqquşub, bir ailənin altı üzvü xəsarət alıb
Qazaxda 63 yaşlı kişi Kürdə batıb
Cəmiyyət 22:56
Qazaxda 63 yaşlı kişi Kürdə batıb
Bu ərazilərdə qaz olmayacaq
Cəmiyyət 22:20
Bu ərazilərdə qaz olmayacaq
Sabah hava meteohəssas insanlar üçün əlverişsiz olacaq
Cəmiyyət 18:06
Sabah hava meteohəssas insanlar üçün əlverişsiz olacaq
Magistral yollarda görünüş məsafəsi məhdudlaşacaq
Cəmiyyət 17:43
Magistral yollarda görünüş məsafəsi məhdudlaşacaq
Gəncədə yol qəzası baş verib, xəsarət alanlar var
Cəmiyyət 13:30
Gəncədə yol qəzası baş verib, xəsarət alanlar var
Sabah Bakıya yağış, dağlıq ərazilərə qar yağacaq
Cəmiyyət 12:38
Sabah Bakıya yağış, dağlıq ərazilərə qar yağacaq
Azərbaycan vətəndaşlarının İordaniyaya vizasız rejimi tətbiq edilib
Cəmiyyət 12:01
Azərbaycan vətəndaşlarının İordaniyaya vizasız rejimi tətbiq edilib
Astarada yol qəzası nəticəsində qaz xətti zədələnib, beş kənddə qaz kəsilib
Cəmiyyət 11:45
Astarada yol qəzası nəticəsində qaz xətti zədələnib, beş kənddə qaz kəsilib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol