• $
  • €
  • ₽
  • ₺
  • £

Müdafiə Nazirliyi hesabat yayıb

Müdafiə Nazirliyi hesabat yayıb
22.07.2022 10:48
2022-ci ilin yanvar ayının 1-dən iyun ayının 30-dək Müdafiə Nazirliyində mətbuat sahəsində görülən işlər barədə yarımillik hesabat hazırlanıb.

 Nazirlikdən verilən məlumata görə hesabat dövründə Müdafiə Nazirliyinin rəsmi internet səhifəsində (www.mod.gov.az) 461 məlumat Azərbaycan, rus və ingilis dillərində yerləşdirilib.

Eyni zamanda, nazirliyin rəsmi feysbuk səhifəsində 489, instaqramda 648, teleqramda 648 məlumat, tviterdə 547 tvit, yutub kanalında isə 199 videomaterial paylaşılıb.

Nazirliyin rəsmi internet səhifəsində hərbi-vətənpərvərlik və digər mövzularda keçirilən tədbirlərlə bağlı 2 279 foto və 199 video material yerləşdirilib.
Bundan başqa, kütləvi informasiya vasitələrindən (KİV) Azərbaycan, rus və ingilis dillərində daxil olan 51 sorğu cavablandırılıb.

Müvafiq dövrdə KİV-dən daxil olan 132 müraciət araşdırılıb və çəkilişlərin təşkil edilməsi üçün zəruri köməklik göstərilib.

Hesabat dövründə geniş ictimaiyyətin məlumatlandırılması və KİV-lə işin təkmilləşdirilməsi məqsədilə Azərbaycan Ordusunun müxtəlif qoşun növlərinə, nazirliyin idarə və xidmət, eləcə də xüsusi təyinatlı təhsil müəssisələrinə, xüsusilə də azad edilmiş ərazilərdə dislokasiya olunan hərbi hissələrə və dövlət sərhədində yerləşən döyüş mövqelərinə ümumilikdə 16 media-tur təşkil olunub.

Media-turlar çərçivəsində jurnalistlər hərbi qulluqçularla görüşüb, onlardan müsahibələr alıb, şəxsi heyətin xidməti, döyüş fəaliyyətinin təşkili, eləcə də sosial-məişət şəraiti və maddi-texniki təminatı ilə tanış olublar.

Hesabat dövründə yerli və xarici mətbuat, eləcə də sosial şəbəkələrdə maraq doğuran 15022 məlumat monitorinq olunaraq təhlil edilib.

"Vətəndaşların müraciətləri haqqında” Azərbaycan Respublikasının Qanunu və Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 23 iyun tarixli 950 nömrəli Fərmanının tələblərinə uyğun olaraq Müdafiə Nazirliyinin [email protected] və [email protected] elektron poçt ünvanlarına daxil olan 5272 müraciət də müvafiq qaydada istiqamətlər üzrə yönəldilib və cavablandırılıb.

www.anews.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Xaçmazda iki avtomobil toqquşub, bir ailənin altı üzvü xəsarət alıb
Cəmiyyət 23:30
Xaçmazda iki avtomobil toqquşub, bir ailənin altı üzvü xəsarət alıb
Qazaxda 63 yaşlı kişi Kürdə batıb
Cəmiyyət 22:56
Qazaxda 63 yaşlı kişi Kürdə batıb
Bu ərazilərdə qaz olmayacaq
Cəmiyyət 22:20
Bu ərazilərdə qaz olmayacaq
Sabah hava meteohəssas insanlar üçün əlverişsiz olacaq
Cəmiyyət 18:06
Sabah hava meteohəssas insanlar üçün əlverişsiz olacaq
Magistral yollarda görünüş məsafəsi məhdudlaşacaq
Cəmiyyət 17:43
Magistral yollarda görünüş məsafəsi məhdudlaşacaq
Gəncədə yol qəzası baş verib, xəsarət alanlar var
Cəmiyyət 13:30
Gəncədə yol qəzası baş verib, xəsarət alanlar var
Sabah Bakıya yağış, dağlıq ərazilərə qar yağacaq
Cəmiyyət 12:38
Sabah Bakıya yağış, dağlıq ərazilərə qar yağacaq
Azərbaycan vətəndaşlarının İordaniyaya vizasız rejimi tətbiq edilib
Cəmiyyət 12:01
Azərbaycan vətəndaşlarının İordaniyaya vizasız rejimi tətbiq edilib
Astarada yol qəzası nəticəsində qaz xətti zədələnib, beş kənddə qaz kəsilib
Cəmiyyət 11:45
Astarada yol qəzası nəticəsində qaz xətti zədələnib, beş kənddə qaz kəsilib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol