• $
  • €
  • ₽
  • ₺
  • £

İlkin Həsənini video-müraciətdən sonra polisə çağırdılar

İlkin Həsənini video-müraciətdən sonra polisə çağırdılar
22.07.2022 11:22
Aparıcı İlkin Həsəni polisə video-müraciət ünvanlayaraq onun ailə üzvlərini təhqir edən qadının tapılmasını istəyib.

O, bu barədə sosial şəbəkə hesabında paylaşım edib.

Paylaşımda bildirib ki, may ayının sonlarında ailə üzvlərindən birinin başına xoşagəlməz hadisə gəlib

"Bir xanım durduğu yerdə təhqirlərə keçib, alçaldıcı hərəkətlər edib. Bu xanımla bağlı həmin dəqiqə "102” xidmətinə zəng edərək, şikayət etmişik. Çox təəssüf ki, hadisədən 50 gün keçməsinə baxmayaq, həmin xanım nə tapılır, nə də onun haqqında məlumat verilir”.

Aparıcı qeyd edib ki, yaxın günlərdə yenidən həmin xanımla bağlı polisə müraciət edilsə də, hələ də məsələ öz həllini tapmayıb.

"Həmin xanım haqqında məlumatları etik baxımdan yaymaq istəmirəm. Düşünürəm ki, bu video-müraciətimdən sonra məni qoruyan polisim hərəkətə keçəcək və məsələ öz həllini tapacaq”.
 
DİN-in Mətbuat Xidmətinin bölmə rəisi Zeyni Hüseynov  bildirib ki, artıq müraciət qeydə alınıb.

"İlkin Həsəni Bakı Şəhər Baş Polis İdarəsinə dəvət olunub. Onun müraciəti yerindəcə dinləniləcək və araşdırma aparılacaq. Araşdırmanın nəticəsi barədə daha ətraflı məlumat veriləcək”.

www.anews.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Xaçmazda iki avtomobil toqquşub, bir ailənin altı üzvü xəsarət alıb
Cəmiyyət 23:30
Xaçmazda iki avtomobil toqquşub, bir ailənin altı üzvü xəsarət alıb
Qazaxda 63 yaşlı kişi Kürdə batıb
Cəmiyyət 22:56
Qazaxda 63 yaşlı kişi Kürdə batıb
Bu ərazilərdə qaz olmayacaq
Cəmiyyət 22:20
Bu ərazilərdə qaz olmayacaq
Sabah hava meteohəssas insanlar üçün əlverişsiz olacaq
Cəmiyyət 18:06
Sabah hava meteohəssas insanlar üçün əlverişsiz olacaq
Magistral yollarda görünüş məsafəsi məhdudlaşacaq
Cəmiyyət 17:43
Magistral yollarda görünüş məsafəsi məhdudlaşacaq
Gəncədə yol qəzası baş verib, xəsarət alanlar var
Cəmiyyət 13:30
Gəncədə yol qəzası baş verib, xəsarət alanlar var
Sabah Bakıya yağış, dağlıq ərazilərə qar yağacaq
Cəmiyyət 12:38
Sabah Bakıya yağış, dağlıq ərazilərə qar yağacaq
Azərbaycan vətəndaşlarının İordaniyaya vizasız rejimi tətbiq edilib
Cəmiyyət 12:01
Azərbaycan vətəndaşlarının İordaniyaya vizasız rejimi tətbiq edilib
Astarada yol qəzası nəticəsində qaz xətti zədələnib, beş kənddə qaz kəsilib
Cəmiyyət 11:45
Astarada yol qəzası nəticəsində qaz xətti zədələnib, beş kənddə qaz kəsilib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol