Avtomobil körpüdən çaya aşıb, sürücü ölüb

Astarada avtomobil körpüdən çaya aşıb, sürücü ölüb.Bu barədə Daxili İşlər NAzirliyindən məlumat verilib.
Bildirilib ki, iyulun 22-də saat 15 radələrində Astara rayonunun Ərçivan qəsəbəsi ərazisində qəsəbə sakini İdrak Nəsirov idarə etdiyi "Mercedes” markalı avtomobili körpüdən çaya aşırıb və nəticədə suda boğularaq ölüb.
www.anews.az
Son xəbərlər 
Daha çox 























