• $
  • €
  • ₽
  • ₺
  • £

Əvəz Hafizlinin cinayət işi üzrə növbəti məhkəmə bu tarixdə olacaq

Əvəz Hafizlinin cinayət işi üzrə növbəti məhkəmə bu tarixdə olacaq
28.07.2022 12:43
İyulun 29-da Bakı Ağır Cinayətlər məhkəməsində Əvəz Hafizlini qətlə yetirməkdə təqsirləndirilən Əmrulla Güləliyevin cinayət işi üzrə növbəti məhkəmə iclası keçiriləcək. Bu barədə məhkəmə.gov.az-da məlumat yerləşdirilib. 
 
Hakim Əli Məmmədovun sədrliyi ilə keçiriləcək iclasda cinayət işi ilə əlaqədar hökm oxunacağı istisna edilmir. 
 
2022-ci il fevralında Sabunçu rayonu, Balaxanı qəsəbəsində qətl hadisəsi qeydə alınıb. 24 yaşlı Əmrulla Güləliyev əmisi oğlu, həmyaşıdı Əvəz Şıxməmmədovu bıçaqla qətlə yetirib. İlkin araşdırmalar zamanı məlum olub ki, Əmrulla Güləliyev cinayəti törədərkən sərxoş vəziyyətdə olub. O, ifadəsində cinayəti aralarında yaranmış şəxsi mübahisə zəminində törətdiyini etiraf edib.

Faktla bağlı Sabunçu rayon prokurorluğunda Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlayıb. Əmrulla Güləliyev tutularaq istintaqa təhvil verilib. İstintaq orqanı tərəfindən Əmrulla Güləliyevin barəsində Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə ittiham elan edilib.
 
İyulun 25-də LGBTQI+ fəalı və jurnalist Əvəz Şıxməmmədovu (Hafizli) qətlə yetirməkdə təqsirləndirilən Əmrulla Güləliyevin cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib. Prosesdə ekspertiza rəyləri açıqlanıb. Bildirilib ki, Əvəz Hafizli boyun nahiyəsindən aldığı bıçaq xəsarətlərindən dünyasını dəyişib.Prosesdə məhkəmə istintaqının tamamlandığı elan olunub. Daha sonra iclasda dövlət ittihamçısı çıxış edib. Prokuror təqsirləndirilən şəxsə 10 il 6 ay həbs cəzası istəyib. Məhkəmədə Əvəz Hafizlinin dövlət tərəfindən təyin olunan nümayəndəsi çıxış edərək Əmrulla Güləliyevə daha yüngül cəza verilməsini xahiş edib.

Cari il iyulun 4-də bloger Əvəz Hafizlinin qətlinin nifrət cinayəti olduğunu iddia edən fəallar Bakı Ağır Cinayətlər Məhkəməsinin önündə etiraz aksiyası keçirib. Fəallar "Əvəzin qatili dövlətdir”, "Nifrət qətlləri siyasidir” yazılan plakatlar qaldırıb. İctimai fəallar, LGBTQ-lər istintaqın düzgün aparılması və təqsirləndirilən şəxsə layiq olduğu cəzanın verilmısini tələb edir.

Əvəz (Hafizli) Şıxməmmədov bloger kimi fəaliyyət göstərib. Əvəz Hafizli cinsi oriyentasiyasına görə bir neçə dəfə təhdidlərə məruz qalması barədə iddialar irəli sürmüş və təqsirkarların cəzalandırılması tələbi ilə etiraz aksiyaları keçirmişdi. 
 
Ləman Qasımova
 


www.anews.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Xaçmazda iki avtomobil toqquşub, bir ailənin altı üzvü xəsarət alıb
Cəmiyyət 23:30
Xaçmazda iki avtomobil toqquşub, bir ailənin altı üzvü xəsarət alıb
Qazaxda 63 yaşlı kişi Kürdə batıb
Cəmiyyət 22:56
Qazaxda 63 yaşlı kişi Kürdə batıb
Bu ərazilərdə qaz olmayacaq
Cəmiyyət 22:20
Bu ərazilərdə qaz olmayacaq
Sabah hava meteohəssas insanlar üçün əlverişsiz olacaq
Cəmiyyət 18:06
Sabah hava meteohəssas insanlar üçün əlverişsiz olacaq
Magistral yollarda görünüş məsafəsi məhdudlaşacaq
Cəmiyyət 17:43
Magistral yollarda görünüş məsafəsi məhdudlaşacaq
Gəncədə yol qəzası baş verib, xəsarət alanlar var
Cəmiyyət 13:30
Gəncədə yol qəzası baş verib, xəsarət alanlar var
Sabah Bakıya yağış, dağlıq ərazilərə qar yağacaq
Cəmiyyət 12:38
Sabah Bakıya yağış, dağlıq ərazilərə qar yağacaq
Azərbaycan vətəndaşlarının İordaniyaya vizasız rejimi tətbiq edilib
Cəmiyyət 12:01
Azərbaycan vətəndaşlarının İordaniyaya vizasız rejimi tətbiq edilib
Astarada yol qəzası nəticəsində qaz xətti zədələnib, beş kənddə qaz kəsilib
Cəmiyyət 11:45
Astarada yol qəzası nəticəsində qaz xətti zədələnib, beş kənddə qaz kəsilib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol