• $
  • €
  • ₽
  • ₺
  • £

Futbolu siyasətə qatmasınlar - Aqil Abbasdan ÇIXIŞ

Futbolu siyasətə qatmasınlar - Aqil Abbasdan ÇIXIŞ
29.07.2022 17:20
Böyük bir hadisə olmayıb. Ukraynanın oyunçusu ("Dinamo”nun (Kiyev) futbolçusu - red.) axmaqlıq elədi, fanatları qızışdırdı. Elə şey olar, buna görə komandanı çempionatdan çıxarsınlar?! Futbolu siyasətə qatmasınlar. Bunu Yeniavaz.com-a açıqlamasında deputat Aqil Abbas deyib.

"Türkiyə futbol fanatları həddindən artıq çılğındırlar. Olub, deyiblər, qutarıb gedib də. UEFA belə şeylərlə bağlı həmişə türk komandalarına qarşı sərtdir. Araşdırsın da, nə demişəm?! "Putin” demişəm, "müharibə” deməmişəm ki. Deyiblər də, səhv eləyiblər. Araşdırsınlar, cərimə eləyəcəklər də. Ölürlər türk komandalarını cərimə eləmək üçün. Rusiyanı niyə futboldan çıxarıblar? Belə şey olar? Futbolçular da müharibə eləyir? Rusiya komandalarının Avropa çempionatlarından uzaqlaşdırılması qətiyyən düz deyil. Futbol siyasətdir? Görmürsən, hakimlər bizim komandalara qarşı nə şərəfizliklər eləyirlər?!”, - deputat əlavə edib.

İyulun 27-də Türkiyənin İstanbul şəhərində Ukraynanın "Dinamo Kiyev” komandası ilə qarşılaşan "Fənərbağça” klubunun azarkeşləri Rusiya Prezidenti Vladimir Putinin lehinə şüarlar səsləndiriblər. Ukrayna Xarici İşlər Nazirliyinin sözçüsü Oleq Nikolenko da məsələ ilə bağlı münasibət bildirib. Avropa Futbol Assosiasiyaları İttifaqı (UEFA) Çempionlar Liqasının II təsnifat mərhələsinin "Fənərbağça” - "Dinamo” (Kiyev) matçında türkiyəli futbol azarkeşlərinin davranışı ilə bağlı intizam araşdırmasına başlayıb.
www.anews.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Xaçmazda iki avtomobil toqquşub, bir ailənin altı üzvü xəsarət alıb
Cəmiyyət 23:30
Xaçmazda iki avtomobil toqquşub, bir ailənin altı üzvü xəsarət alıb
Qazaxda 63 yaşlı kişi Kürdə batıb
Cəmiyyət 22:56
Qazaxda 63 yaşlı kişi Kürdə batıb
Bu ərazilərdə qaz olmayacaq
Cəmiyyət 22:20
Bu ərazilərdə qaz olmayacaq
Sabah hava meteohəssas insanlar üçün əlverişsiz olacaq
Cəmiyyət 18:06
Sabah hava meteohəssas insanlar üçün əlverişsiz olacaq
Magistral yollarda görünüş məsafəsi məhdudlaşacaq
Cəmiyyət 17:43
Magistral yollarda görünüş məsafəsi məhdudlaşacaq
Gəncədə yol qəzası baş verib, xəsarət alanlar var
Cəmiyyət 13:30
Gəncədə yol qəzası baş verib, xəsarət alanlar var
Sabah Bakıya yağış, dağlıq ərazilərə qar yağacaq
Cəmiyyət 12:38
Sabah Bakıya yağış, dağlıq ərazilərə qar yağacaq
Azərbaycan vətəndaşlarının İordaniyaya vizasız rejimi tətbiq edilib
Cəmiyyət 12:01
Azərbaycan vətəndaşlarının İordaniyaya vizasız rejimi tətbiq edilib
Astarada yol qəzası nəticəsində qaz xətti zədələnib, beş kənddə qaz kəsilib
Cəmiyyət 11:45
Astarada yol qəzası nəticəsində qaz xətti zədələnib, beş kənddə qaz kəsilib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol