• $
  • €
  • ₽
  • ₺
  • £

Meymunçiçəyində inkubasiya dövrü bəzən 21 günə qədər ola bilər

Meymunçiçəyində inkubasiya dövrü bəzən 21 günə qədər ola bilər
01.08.2022 15:23
Meymunçiçəyinə yoluxma zamanı inkubasiya dövrü 6-13 gün arasında, bəzən 21 günə qədər ola bilər.

Bunu Səhiyyə Nazirliyinin Xüsusi Təhlükəli İnfeksiyalara Nəzarət Mərkəzinin direktor müavini Rita İsmayılova deyb.


O bildirib ki, yoluxma dövrü (müddəti 0-5 gün), yüksək hərarət, güclü baş ağrısı, limfoadenopatiya (limfa düyünlərinin böyüməsi), kürəkdə ağrılar, mialgiya (əzələ ağrısı), güclü asteniya (zəiflik) ola bilə: "Limfoadenopatiyaya oxşar ilkin simptomları olan digər xəstəliklərlə (su çiçəyi, qızılca, təbii çiçək) müqayisədə meymunçiçəyinin patoqnomik simptomu sayılır. Meymunçiçəyinin klinik şəkili təbii çiçəklə (ortopoksviruslara aid olan və tamamilə ləğv olunmuş) yoluxmanın təzahürlərini xatırladır. Təbii çiçək yüksək yoluxuculuğu və yüksək ölüm faizi ilə (hadisələrin 30 faizi) fərqlənir. Təbii çiçəyə son təbii yoluxma 1977-ci ildə baş verib.1980-cı ildə isə vaksinasiya üzrə qlobal kampaniya aparıldıqdan sonra təbii çiçək tamamilə ləğv olunub. İnək çiçəyi virusu əsasında hazırlanmış təbii çiçək vaksini ilə peyvəndləmə bütün ölkələrdə 40 il bundan əvvəl dayandırılıb. Təbii çiçək virusuna yoluxmanın qarşısının alınması məqsədilə qlobal səviyyədə yeni vaksinlər, diaqnostika üsulları və virus əleyhinə preparatlar işlənib hazırlanır. Bütün bu hazırlıq işləri sayəsində meymunçiçəyi virusunun nəzarəti və profilaktikası üçün faydalı ola bilər".


Meymunçiçəyinin ilkin əlamətlərindən danışan direktor müavini qeyd edib ki, dəridə səpgilərin əmələ gəlməsi bədən hərarətinin yüksəlməsindən 1-3 gün sonra başlayır: "Səpgilər üzdə və ətraflarda nisbətən çox olur. 95 faizi əsasən üzdə müşahidə olunur. 75 faiz hallarda isə əlin içi və ayaqların altını zədələyir. Bundan başqa, ağızın selikli qişasında (70 faiz), cinsiyyət üzvlərində (30 faiz), konyunktivalarda (20 faiz), eləcə də gözün buynuz qişasında səpgilər əmələ gəlir".


Rita İsmayılova meymunçiçəyi ilə bağlı Azərbaycanda yoluxma faktı qeydə alınmadığını bildirib: "Proses ölkəmizin səhiyyə qurumları tərəfindən diqqətlə izlənilir və epidemioloji vəziyyət nəzarət altındadır. Şübhəli hallar qeydə alınan təqdirdə Xüsusi Təhlükəli İnfeksiyalara Nəzarət Mərkəzində xəstəlik hadisələrinin PZR üsulu ilə laborator diaqnostikası üçün bütün imkanlar mövcuddur. Vətəndaşlarımıza qapalı məkanlarda tibbi maskalardan istifadə və gigiyena qaydalarına riayət etmələrini tövsiyə edərdim. Eyni zamanda, ictimai yerlərdə dezinfeksiyaedici məhlullarından istifadə önəmlidir. Ümid edirik ki, bütün bu qaydalara riayət etməklə biz virusun ölkəmizdə yayılmasının qarşısını alacağıq".

www.anews.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Qazaxda 63 yaşlı kişi Kürdə batıb
Cəmiyyət 22:56
Qazaxda 63 yaşlı kişi Kürdə batıb
Bu ərazilərdə qaz olmayacaq
Cəmiyyət 22:20
Bu ərazilərdə qaz olmayacaq
Sabah hava meteohəssas insanlar üçün əlverişsiz olacaq
Cəmiyyət 18:06
Sabah hava meteohəssas insanlar üçün əlverişsiz olacaq
Magistral yollarda görünüş məsafəsi məhdudlaşacaq
Cəmiyyət 17:43
Magistral yollarda görünüş məsafəsi məhdudlaşacaq
Gəncədə yol qəzası baş verib, xəsarət alanlar var
Cəmiyyət 13:30
Gəncədə yol qəzası baş verib, xəsarət alanlar var
Sabah Bakıya yağış, dağlıq ərazilərə qar yağacaq
Cəmiyyət 12:38
Sabah Bakıya yağış, dağlıq ərazilərə qar yağacaq
Azərbaycan vətəndaşlarının İordaniyaya vizasız rejimi tətbiq edilib
Cəmiyyət 12:01
Azərbaycan vətəndaşlarının İordaniyaya vizasız rejimi tətbiq edilib
Astarada yol qəzası nəticəsində qaz xətti zədələnib, beş kənddə qaz kəsilib
Cəmiyyət 11:45
Astarada yol qəzası nəticəsində qaz xətti zədələnib, beş kənddə qaz kəsilib
Azərbaycanın bəzi rayonlarında intensiv yağış, Şahdağda qar yağıb - FAKTİKİ HAVA
Cəmiyyət 10:59
Azərbaycanın bəzi rayonlarında intensiv yağış, Şahdağda qar yağıb - FAKTİKİ HAVA
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol