• $
  • €
  • ₽
  • ₺
  • £

Zümrüd Yağmur aksiya keçirdi - "Təcavüzkarı qoruma"

Zümrüd Yağmur aksiya keçirdi - "Təcavüzkarı qoruma"
01.08.2022 16:33
Yazar Zümrüd Yağmur qızı Sənay Yağmura təcavüzdə ittiham edilən Əsgər Ağazadəyə ədalətli cəza verilmə tələbi ilə aksiya keçirərkən saxlanılıb. Bu barədə onun qızı Sənay Yağmur özünün feysbuk hesabında yazıb.
 
Feminist fəallar bildirib ki, Səbail Rayon Polis İdarəsinin 9-cu polis bölməsinə aparılıb.
 
Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətinin şöbə rəisi, polis mayoru Elşad Hacıyev isə bildirib ki, Zümrüd Yağmur saxlanılmayıb, sərbəstdir.
 
2021-ci ilin oktyabrın 12-də yazar Zümrüd Yağmur mətbuat konfransı keçirərək azyaşlı qızının 1 il əvvəl cinsi zorakılığa məruz qaldığını açıqlayıb. Yazarın sözlərinə görə, ekspertiza rəylərində qızının paltarındakı biomaterialların Əsgər Ağayevə məxsus olduğu göstərilib.

Faktla bağlı Cinayət Məcəlləsinin 149-cu (zorlama) maddəsilə cinayət işi başlanıb. Ancaq Yasamal Rayon Prokurorluğu Əsgər Ağayevin məsuliyyətə cəlb edilməsilə bağlı yetərli dəlillərin olmadığını bildirərək cinayət işi üzrə icraata 2 dəfə xitam verib.

Cinsi zorakılıq törətdiyi iddia edilən Əsgər Ağazadə 2021-ci ilin oktyabrın 19-da şübhəli şəxs qismində saxlanılıb barəsində 4 ay həbs qətimkan tədbiri seçilib. Cari ilin 27 iyulunda məhkəmə prosesinin sonuncu iclası keçirilməli olsa da, hakimlər naməlum səbəbdən gəlməyib və proses qeyri-müəyyən vaxta təxirə salınıb. Sənay Yağmur Azərbaycan Xalq Cəbhəsi Partiyasının Rəyasət Heyətinin üzvü Fuad Qəhrəmanlının qızıdır. 
 
Ləman Qasımova
 

 
 







www.anews.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Qazaxda 63 yaşlı kişi Kürdə batıb
Cəmiyyət 22:56
Qazaxda 63 yaşlı kişi Kürdə batıb
Bu ərazilərdə qaz olmayacaq
Cəmiyyət 22:20
Bu ərazilərdə qaz olmayacaq
Sabah hava meteohəssas insanlar üçün əlverişsiz olacaq
Cəmiyyət 18:06
Sabah hava meteohəssas insanlar üçün əlverişsiz olacaq
Magistral yollarda görünüş məsafəsi məhdudlaşacaq
Cəmiyyət 17:43
Magistral yollarda görünüş məsafəsi məhdudlaşacaq
Gəncədə yol qəzası baş verib, xəsarət alanlar var
Cəmiyyət 13:30
Gəncədə yol qəzası baş verib, xəsarət alanlar var
Sabah Bakıya yağış, dağlıq ərazilərə qar yağacaq
Cəmiyyət 12:38
Sabah Bakıya yağış, dağlıq ərazilərə qar yağacaq
Azərbaycan vətəndaşlarının İordaniyaya vizasız rejimi tətbiq edilib
Cəmiyyət 12:01
Azərbaycan vətəndaşlarının İordaniyaya vizasız rejimi tətbiq edilib
Astarada yol qəzası nəticəsində qaz xətti zədələnib, beş kənddə qaz kəsilib
Cəmiyyət 11:45
Astarada yol qəzası nəticəsində qaz xətti zədələnib, beş kənddə qaz kəsilib
Azərbaycanın bəzi rayonlarında intensiv yağış, Şahdağda qar yağıb - FAKTİKİ HAVA
Cəmiyyət 10:59
Azərbaycanın bəzi rayonlarında intensiv yağış, Şahdağda qar yağıb - FAKTİKİ HAVA
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol