• $
  • €
  • ₽
  • ₺
  • £

Dövlət Turizm Agentliyi yanğınların turizmə vurduğu ziyanı araşdırır

Dövlət Turizm Agentliyi yanğınların turizmə vurduğu ziyanı araşdırır
17.08.2022 22:00
Dövlət Turizm Agentliyi (DTA) Qəbələ, Şabran, Quba və Siyəzən rayonlarında yerləşən dağlıq relyefdə, meşə və meşəətrafı ərazilərdə baş vermiş yanğınlar nəticəsində həmin ərazilərdə olan turizm infrastrukturuna dəymiş ziyan araşdırır.


Bu barədə "Report”un sorğusuna cavab olaraq qurumdan bildirilib.


"Rayonlarda baş verən məlum yanğınlarla bağlı prosesləri izləyirik. Aidiyyəti strukturlara sorğular vermişik və bu istiqamətdə məlumatları toplayırıq. Bundan sonra isə turizm infrastrukturuna dəyən ziyanın miqyası müəyyənləşəcək”,- deyə açıqlamada qeyd olunub.


Şabranda yerləşən hotelin nümayəndəsi isə AzTV-yə açıqlamasında bildirib ki, yanğın hotelə yaxınlaşır. Əgər təhlükə yaranarsa təxliyyə işləri həyata keçirilə bilər.


Yanğın ötən gündən Quba və Şabran rayonlarının dağlıq ərazilərindəki meşə sahəsində başlayıb, tədricən Qəbələ və Siyəzən rayonlarının meşəlik ərazisinə keçib.

www.anews.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Qazaxda 63 yaşlı kişi Kürdə batıb
Cəmiyyət 22:56
Qazaxda 63 yaşlı kişi Kürdə batıb
Sabah hava meteohəssas insanlar üçün əlverişsiz olacaq
Cəmiyyət 18:06
Sabah hava meteohəssas insanlar üçün əlverişsiz olacaq
Magistral yollarda görünüş məsafəsi məhdudlaşacaq
Cəmiyyət 17:43
Magistral yollarda görünüş məsafəsi məhdudlaşacaq
Gəncədə yol qəzası baş verib, xəsarət alanlar var
Cəmiyyət 13:30
Gəncədə yol qəzası baş verib, xəsarət alanlar var
Sabah Bakıya yağış, dağlıq ərazilərə qar yağacaq
Cəmiyyət 12:38
Sabah Bakıya yağış, dağlıq ərazilərə qar yağacaq
Azərbaycan vətəndaşlarının İordaniyaya vizasız rejimi tətbiq edilib
Cəmiyyət 12:01
Azərbaycan vətəndaşlarının İordaniyaya vizasız rejimi tətbiq edilib
Astarada yol qəzası nəticəsində qaz xətti zədələnib, beş kənddə qaz kəsilib
Cəmiyyət 11:45
Astarada yol qəzası nəticəsində qaz xətti zədələnib, beş kənddə qaz kəsilib
Azərbaycanın bəzi rayonlarında intensiv yağış, Şahdağda qar yağıb - FAKTİKİ HAVA
Cəmiyyət 10:59
Azərbaycanın bəzi rayonlarında intensiv yağış, Şahdağda qar yağıb - FAKTİKİ HAVA
Qazaxda iki nəfər bıçaqlanıb
Cəmiyyət 10:54
Qazaxda iki nəfər bıçaqlanıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol