Qazaxda iki nəfər bıçaqlanıb

Qazaxda iki nəfər bıçaq xəsarəti alıb.
APA-nın məlumatına görə, hadisə rayon ərazisində qeydə alınıb.
Rayon sakinləri, 30 yaşlı N. Mustafayev və C. Kazımov bıçaq xəsarətləri ilə xəstəxanaya yerləşdiriliblər. Onlara tibbi yardım göstərilib və vəziyyətlərinin normal olduğu bildirilir.
Polisin keçirdiyi tədbirlər nəticəsində hər iki şəxsə kəsici alətlə daxilə nüfuz etməyən xəsarətlər yetirməkdə şübhəli bilinən 34 yaşlı Əfqan Musayev saxlanılıb.
Faktla bağlı araşdırma aparılır.
























