• $
  • €
  • ₽
  • ₺
  • £

Azərbaycan və Vyetnam prezidentlərinin Birgə Bəyanatı qəbul edilib

Azərbaycan və Vyetnam prezidentlərinin Birgə Bəyanatı qəbul edilib
21.11.2026 18:32

Azərbaycan Prezidenti İlham Əliyevin Vyetnama rəsmi səfəri çərçivəsində Azərbaycan və Vyetnam prezidentlərinin Birgə Bəyanatı qəbul edilib.

Sənəddə iki ölkənin 1992-ci ildə diplomatik münasibətlərin qurulmasından sonra qarşılıqlı etimad, bərabərlik və hörmət əsasında ənənəvi dostluq və çoxşaxəli əməkdaşlıq əlaqələri yaratdığı qeyd olunub.

Tərəflər suverenlik, ərazi bütövlüyü, daxili işlərə qarışmamaq, beynəlxalq hüquq və BMT Nizamnaməsinə riayət etmənin ikitərəfli münasibətlərin əsasını təşkil etdiyini vurğulayıblar.

Dövlət başçıları 2025-ci il mayın 7-də qəbul edilmiş Strateji Tərəfdaşlığın qurulması haqqında Birgə Bəyanatın prinsiplərinə sadiqliklərini təsdiqləyiblər.

Sənəddə Azərbaycan və Vyetnam arasında siyasi, iqtisadi, enerji, kənd təsərrüfatı, nəqliyyat, müdafiə, təhlükəsizlik, təhsil, mədəniyyət və turizm sahələrində əməkdaşlığın genişləndirilməsi ilə bağlı razılaşmalar əksini tapıb.

Tərəflər yüksək səviyyəli qarşılıqlı səfərlərin davam etdirilməsi, parlamentlərarası əlaqələrin genişləndirilməsi və Yeni Azərbaycan Partiyası ilə Vyetnam Kommunist Partiyası arasında əməkdaşlığın inkişaf etdirilməsini nəzərdə tutublar.

İqtisadi sahədə ticarət və investisiyaların təşviqi, kənd təsərrüfatı məhsullarının bazarlara çıxışının asanlaşdırılması, yaşıl inkişaf üzrə birgə proqramların həyata keçirilməsi, mədənçıxarma və alüminium sənayesində əməkdaşlığın genişləndirilməsi barədə razılıq əldə olunub.

Enerji sahəsində neft-qaz əlaqələrinin gücləndirilməsi, enerji məhsullarının, o cümlədən xam neft və mayeləşdirilmiş təbii qazın təchizatı üzrə uzunmüddətli razılaşmaların əldə edilməsi imkanlarının nəzərdən keçirilməsi planlaşdırılır.

Nəqliyyat sahəsində dəmir yolu, avtomobil, hava və dəniz bağlantıları üzrə təcrübə mübadiləsi aparılması və Trans-Xəzər Beynəlxalq Nəqliyyat Marşrutundan istifadənin təşviqi nəzərdə tutulur.

Müdafiə və təhlükəsizlik sahəsində əməkdaşlığın inkişaf etdirilməsi, hüquq-mühafizə orqanları arasında məlumat və təcrübə mübadiləsinin genişləndirilməsi, transmilli cinayətkarlıq, narkotiklərin qanunsuz dövriyyəsi, insan alveri və kibercinayətkarlıqla mübarizədə əlaqələndirmənin gücləndirilməsi razılaşdırılıb.

Tərəflər Azərbaycan və Vyetnam arasında birbaşa uçuşların təşkilinin təşviq edilməsi, turizm və insanlararası əlaqələrin genişləndirilməsi, mədəniyyət günlərinin keçirilməsi, şəhər və regionlar arasında qardaşlaşma münasibətlərinin yaradılması barədə də razılığa gəliblər.

Təhsil sahəsində qarşılıqlı tələbə təqaüdlərinin verilməsi, birgə tədqiqat layihələrinin həyata keçirilməsi və tələbə-tədqiqatçı mübadiləsi mexanizmlərinin yaradılması nəzərdə tutulur.

Beynəlxalq və regional təşkilatlar, o cümlədən BMT, Qoşulmama Hərəkatı və AQEM çərçivəsində əlaqələndirmənin və qarşılıqlı dəstəyin genişləndirilməsi, həmçinin Azərbaycan ilə ASEAN və üzv dövlətləri arasında əlaqələrin inkişaf etdirilməsi də sənəddə əksini tapıb.

Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Mehriban Əliyeva Vyetnamın birinci xanımı ilə Hanoyda görüşüb
Siyasət 15:35
Mehriban Əliyeva Vyetnamın birinci xanımı ilə Hanoyda görüşüb
İlham Əliyev Vyetnamın 2020-ci ildə Azərbaycana dəstəyinə görə minnətdarlığını bildirib
Siyasət 15:17
İlham Əliyev Vyetnamın 2020-ci ildə Azərbaycana dəstəyinə görə minnətdarlığını bildirib
Hanoyda İlham Əliyevin və Mehriban Əliyevanın şərəfinə rəsmi nahar verilib
Siyasət 14:55
Hanoyda İlham Əliyevin və Mehriban Əliyevanın şərəfinə rəsmi nahar verilib
İlham Əliyevin Vyetnam Prezidenti ilə geniş tərkibdə görüşü olub - yenilənib
Siyasət 11:31
İlham Əliyevin Vyetnam Prezidenti ilə geniş tərkibdə görüşü olub - yenilənib
Prezident gürcüstanlı həmkarına başsağlığı verib
Siyasət 08:30
Prezident gürcüstanlı həmkarına başsağlığı verib
Azərbaycan və Vyetnam arasında bir sıra sənədlər mübadilə edilib
Siyasət 08:17
Azərbaycan və Vyetnam arasında bir sıra sənədlər mübadilə edilib
İlham Əliyevin Hanoyda rəsmi qarşılanma mərasimi keçirilib
Siyasət 08:03
İlham Əliyevin Hanoyda rəsmi qarşılanma mərasimi keçirilib
İŞİD-in Xorasan qruplaşmasına qoşulan azərbaycanlılar həbs edildi
Siyasət 19:30
İŞİD-in Xorasan qruplaşmasına qoşulan azərbaycanlılar həbs edildi
Baş nazir Əli Əsədov İrakli Kobaxidzeyə başsağlığı verib
Siyasət 14:24
Baş nazir Əli Əsədov İrakli Kobaxidzeyə başsağlığı verib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol