• $
  • €
  • ₽
  • ₺
  • £

“Azercell” “Tələbə Təqaüdü 2023” proqramını elan edir

“Azercell” “Tələbə Təqaüdü 2023” proqramını elan edir
04.10.2022 19:08
"Azercell Telekom” MMC korporativ sosial məsuliyyət siyasəti çərçivəsində yüksək potensiala, bilik və bacarıqlara malik olan Azərbaycan Respublikasının müxtəlif ali təhsil müəssisələrində təhsil alan tələbələri həvəsləndirmək, onların peşəkar inkişafına dəstək olmaq məqsədilə "Azercell Tələbə Təqaüdü 2023” proqramına start verir.

Proqram çərçivəsində tələbələrin İnformasiya Texnologiyaları, Kibertəhlükəsizlik, Biznes Analitikası, Data Elmi, Marketinq sahələri üzrə dəyərləndirilməsi nəzərdə tutulur.

Seçim komissiyası tərəfindən təşkil edilmiş mərhələlərdə yüksək nəticə göstərmiş son iki kurs (bakalavr) tələbələri ali təhsillərinin sonunadək təqaüd almaq şansını qazanacaqlar. Bununla yanaşı, telekommunikasiya sahəsi haqqında biliklərini artırmaq, şirkətin korporativ tədbirlərində və sosial layihələrində, müxtəlif təlimlərdə iştirak etmək və şirkətdə təcrübə keçmək imkanı əldə edəcəklər.

"Azercell Tələbə Təqaüdü 2023” proqramına bütün müraciətlər yalnız elektron formada qəbul olunur. Bunun üçün şirkətin rəsmi veb səhifəsində (www.azercell.jobs) uyğun istiqamət üzrə təcrübə proqramını seçib, CV-ni, tələbə biletinin və qiymət kitabçasının (transkript) skan versiyasını əlavə edərək qeydiyyatdan keçmək lazımdır. Ərizələrin son qəbul tarixi 20 oktyabr 2022-ci il tarixidir. Əlavə məlumat üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.

Azercell müvəffəqiyyətlə təhsil alan və akademik fərq yaradan tələbələrə xüsusi qayğı göstərməklə yüksək potensiallı tələbələrin gələcəkdə peşəkar kimi formalaşmasına dəstək olur, eyni zamanda korporativ sosial məsuliyyət fəaliyyəti çərçivəsində cəmiyyətə töhfə verməyə çalışır

www.anews.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Sərnişin avtobusunda soyğunçuluq edən şəxs saxlanılıb
Cəmiyyət 17:50
Sərnişin avtobusunda soyğunçuluq edən şəxs saxlanılıb
Küləkli hava şəraiti ilə əlaqədar gəmilərə xəbərdarlıq edilib
Cəmiyyət 17:14
Küləkli hava şəraiti ilə əlaqədar gəmilərə xəbərdarlıq edilib
Ramanada avtomobildən 6 min manat oğurlamaqda şübhəli bilinən şəxs saxlanılıb
Cəmiyyət 16:03
Ramanada avtomobildən 6 min manat oğurlamaqda şübhəli bilinən şəxs saxlanılıb
Kamran Əliyev argentinalı həmkarı ilə əməkdaşlığı müzakirə edib
Cəmiyyət 15:28
Kamran Əliyev argentinalı həmkarı ilə əməkdaşlığı müzakirə edib
Sumqayıtda beş avtomobil toqquşub, xəsarət alanlar var
Cəmiyyət 14:58
Sumqayıtda beş avtomobil toqquşub, xəsarət alanlar var
Qaradağda evdən 7 050 manatlıq qızıl-zinət əşyaları oğurlanıb
Cəmiyyət 13:30
Qaradağda evdən 7 050 manatlıq qızıl-zinət əşyaları oğurlanıb
МВД: Накануне задержаны 59 подозреваемых в различных преступлениях
Cəmiyyət 13:04
МВД: Накануне задержаны 59 подозреваемых в различных преступлениях
Sabahın hava proqnozu açıqlanıb
Cəmiyyət 12:47
Sabahın hava proqnozu açıqlanıb
Azərbaycanda noyabrın 15-dən istilik mövsümünə başlanılır
Cəmiyyət 12:06
Azərbaycanda noyabrın 15-dən istilik mövsümünə başlanılır
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol