• $
  • €
  • ₽
  • ₺
  • £

Azərbaycanda polisin rüşvət tələb edən görüntüləri yayıldı - VİDEO

Azərbaycanda polisin rüşvət tələb edən görüntüləri yayıldı - VİDEO
29.05.2020 08:37
Sosial şəbəkələrdə və “YouTube” video portalında yol polisinin açıq-aşkar rüşvət alması barədə video paylaşılıb. ANS PRESS-in məlumatına görə, bu videonun paylaşmasından sonra ölkədə böyük səs-küy yaranıb.Qeyd edək ki, videodan da göründüyü kimi bir vətəndaş avtomobil idarə edərkən kobud şəkildə qayda pozub. Həmin şəxs içkili halda avtomobil idarə edərkən yol polisi tərəfindən saxlanılıb. Danışıqlardan belə nəticəyə gəlmək olar ki, həmin şəxs polisin dayan-dur əmrinə tabe olmayıb.Lakin sonradan polislərin keçirdiyi əməliyyat zamanı həmin şəxs saxlanılıb. Həmin şəxs isə öz növbəsində yol polisilə danışarkən gizlin çəkiliş edib.Çəkilişlərdən açıq-aydın görünür ki, yol polisləri yol hərəkəti haqqında qaydaları kobud şəkildə pozan vətəndaşı qanun çərçivəsində cərimələmək əvəzinə, həmin şəxsdən rüşvət tələb edirlər.Qayda pozan vətəndaşdan 300 manat rüşvət tələb edən polis serjantı sonradan razılaşmayan şəxsi rəisin qəbuluna göndərir. Polis rəisi də öz növbəsində gizlin çəkiliş edən vətəndaşdan 300 manat pul istəyir.“Salehə deyəcəyəm. 300 verəcəksən Salehə. Bax bunu üçümüz bilirik haa. Sabah Salehə deyəcəyəm, kompüterə oturan kimi Saleh mənə onu çəkib verəcək”, - deyə Göyçay rayon yol polisi idarəsinin rəisi bildirib.Maraqlı orasındadır ki, polis rəisi rüşvət tələb edərkən qanunla danışır: “Yol hərəkəti qaydasının pozulması sənin tabe olmamağındır. Bunun cəriməsi 500 manatdır, “Prava” da 1 il “lişeniyaya” düşür. Bunun belə olmaması üçün 300 manatı verməlisən”, - deyə yol polisi rəisi bildirib.Məsələ ilə bağlı Baş Dövlət Yol Polis İdarəsinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Kamran Əliyev ANS PRESS-ə açıqlamasında bu barədə məlumatlı olduqlarını bildirib. Şöbə rəisinin sözlərinə görə, bu barədə Daxili İşlər Nazirliyində araşdırma aparılır. Araşdırmalardan sonra, nəticə barədə kütləvi informasiya vasitələrinə məlumat veriləcək.ANN.Az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Yevlaxda TIR mikroavtobusla toqquşub - ölən və xəsarət alan var
Cəmiyyət 23:46
Yevlaxda TIR mikroavtobusla toqquşub - ölən və xəsarət alan var
Sabah Ağdaşın 15 yaşayış məntəqəsində qaz olmayacaq
Cəmiyyət 22:09
Sabah Ağdaşın 15 yaşayış məntəqəsində qaz olmayacaq
Qaradağda palçıq vulkanı püskürüb
Cəmiyyət 21:28
Qaradağda palçıq vulkanı püskürüb
Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib
Cəmiyyət 19:33
Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib
Noyabr ayının bütün sosial ödənişləri yekunlaşdırılıb
Cəmiyyət 18:06
Noyabr ayının bütün sosial ödənişləri yekunlaşdırılıb
Bakıda avtobuslar üçün xüsusi svetofor istifadəyə verilib
Cəmiyyət 17:55
Bakıda avtobuslar üçün xüsusi svetofor istifadəyə verilib
Sulutəpədə ölən 2 bacının xalası danışıb
Cəmiyyət 17:22
Sulutəpədə ölən 2 bacının xalası danışıb
Dövlət Agentliyi: "Temu"nun Azərbaycanda qanunvericiliyi pozduğu müəyyən edilib
Cəmiyyət 17:15
Dövlət Agentliyi: "Temu"nun Azərbaycanda qanunvericiliyi pozduğu müəyyən edilib
Zaqatalada meşədə 80 yaşlı kişi itkin düşüb - FHN axtarır
Cəmiyyət 17:05
Zaqatalada meşədə 80 yaşlı kişi itkin düşüb - FHN axtarır
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol