• $
  • €
  • ₽
  • ₺
  • £

“Nar” ardıcıl 4 ildir, Müştəri Loyallığı İndeksində liderdir

“Nar” ardıcıl 4 ildir, Müştəri Loyallığı İndeksində liderdir
29.03.2023 18:53
2022-ci ilin yekun nəticələrinə əsasən, yerli telekommunikasiya bazarında mobil operator "Nar” Müştəri Loyallığı İndeksinə (NPS – Net Promoter Score) görə ölkənin lider mobil operatorudur. Artıq ardıcıl dördüncü ildir ki, "Nar” Müştəri Loyallığı İndeksində rabitə bazarında ən yüksək göstəriciyə nail olur. Respondentlər ən çox mobil operatorun sərfəli qiymət qarşılığında təqdim etdiyi keyfiyyətli xidmətdən razı qalıblar.

Bu, mobil operatorun tariflərinin statistikasında öz əksini tapıb; "Cavannar 6” və "Cavannar 9” tariflərinə qoşulanların sayı müvafiq olaraq 135% və 85% təşkil edib, "Full” paketlərində isə ümumilikdə 13% artım olub. Daha üstün müştəri xidmətləri göstərmək üçün ötən il 20 "Nar” mərkəzi və diler dükanlarını yenilənmiş, eləcə də, 164 yeni 4G baza stansiyası ilə şəbəkə əhatəsi daha da gücləndirilib. "Nar” şəbəkəsində 4G istifadəçilərinin sayı da 7,6% artıb.

"Nar” 2022-ci ildə müştərilərin heç yana getmədən nömrə əldə etməsi üçün ilk dəfə üztanıma texnologiyası ilə eSIM xidməti təqdim etdi. Abunəçilərin balanslarına nəzarət etmələri üçün "Nar+” özünəxidmət tətbiqi təqdim edildi. Bundan başqa, ötən ildən etibarən "Nar”, ingilis dili öyrənmək istəyən abunəçilərinə "LingoKids” və "FluentWorlds” kimi öyrədici tətbiqləri ilk ay pulsuz olmaqla, 70% endirimlə təqdim edir.
Mobil operatorun bütün məhsul və kampaniyaları haqqında məlumatları nar.az veb saytından və "Nar”ın sosial media səhifələrindən öyrənə bilərsiniz. 
"Nar” hal-hazırda 2,2 milyon abunəçiyə yüksək keyfiyyətli rabitə xidmətləri göstərməkdədir. "Nar” son 4 ildə Müştəri Loyallığı İndeksinə görə ölkədə lider mobil operatordur. Mobil operator müştəriyönümlülük strategiyasına sadiq qalaraq sərfəli qiymət qarşılığında üstün xidmət təqdim edir



www.anews.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Sərnişin avtobusunda soyğunçuluq edən şəxs saxlanılıb
Cəmiyyət 17:50
Sərnişin avtobusunda soyğunçuluq edən şəxs saxlanılıb
Küləkli hava şəraiti ilə əlaqədar gəmilərə xəbərdarlıq edilib
Cəmiyyət 17:14
Küləkli hava şəraiti ilə əlaqədar gəmilərə xəbərdarlıq edilib
Ramanada avtomobildən 6 min manat oğurlamaqda şübhəli bilinən şəxs saxlanılıb
Cəmiyyət 16:03
Ramanada avtomobildən 6 min manat oğurlamaqda şübhəli bilinən şəxs saxlanılıb
Kamran Əliyev argentinalı həmkarı ilə əməkdaşlığı müzakirə edib
Cəmiyyət 15:28
Kamran Əliyev argentinalı həmkarı ilə əməkdaşlığı müzakirə edib
Sumqayıtda beş avtomobil toqquşub, xəsarət alanlar var
Cəmiyyət 14:58
Sumqayıtda beş avtomobil toqquşub, xəsarət alanlar var
Qaradağda evdən 7 050 manatlıq qızıl-zinət əşyaları oğurlanıb
Cəmiyyət 13:30
Qaradağda evdən 7 050 manatlıq qızıl-zinət əşyaları oğurlanıb
МВД: Накануне задержаны 59 подозреваемых в различных преступлениях
Cəmiyyət 13:04
МВД: Накануне задержаны 59 подозреваемых в различных преступлениях
Sabahın hava proqnozu açıqlanıb
Cəmiyyət 12:47
Sabahın hava proqnozu açıqlanıb
Azərbaycanda noyabrın 15-dən istilik mövsümünə başlanılır
Cəmiyyət 12:06
Azərbaycanda noyabrın 15-dən istilik mövsümünə başlanılır
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol