• $
  • €
  • ₽
  • ₺
  • £

“FIRST Robotics Competition” müsabiqəsində iştirak edən gənclər mükafatlandırıldı

“FIRST Robotics Competition” müsabiqəsində iştirak edən gənclər mükafatlandırıldı
28.07.2023 16:51
Lider mobil operator gənc robototexniklərimizin sertifikasiya mərasimində iştirak edib

Azercell-in dəstəyi ilə "FIRST Robotics Competition” (FRC) müsabiqəsində Azərbaycanı təmsil edən MecHack #9030 komandasının mükafatlandırma mərasimi keçirilib. Xatırladaq ki, Azercell-in dəstəyi və "Train Brain” mərkəzinin təşkilatçılığı ilə məktəblilərimiz ilk dəfə NASA-nın dünya səviyyəli müsabiqəsinə qatılıblar və mükafata layiq görülüblər. Belə ki, MeckHack #9030 adı altında 22 gənc "FIRST Robotics Competition” (FRC) müsabiqəsi üçün hazırladığı robotu Nyu-Yorkda münsiflər heyətinə nümayiş etdirib. Elə ilk cəhddən finala yüksələn komandamız Hyuston şəhərində keçirilən çempionluq oyununda təqdim etdiyi sosial layihələrə görə vətənə xüsusi "Rookie Inspiration” mükafatı ilə dönüb. 

Təntənəli tədbirdə iştirak edən gənc robototexniklər "Train Brain” mərkəzi və Azercell tərəfindən xüsusi sertifikatlarla təltif olunublar. Lider mobil operatorun nümayəndələri gənc robototexnikləri beynəlxalq uğur münasibətilə təbrik edib, komandamıza informasiya texnologiyaları və robototexnika sahəsindəki təhsillərində yeni nailliyətlər arzulayıblar. Eyni zamanda, tədbirdə "Azercell Telekom” komandaya göstərdiyi etimad və gənclərimizin inkişafına daim dəstək olduğu üçün "Train Brain” mərkəzi tərəfindən mükafata layiq görülüb.    





www.anews.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Sərnişin avtobusunda soyğunçuluq edən şəxs saxlanılıb
Cəmiyyət 17:50
Sərnişin avtobusunda soyğunçuluq edən şəxs saxlanılıb
Küləkli hava şəraiti ilə əlaqədar gəmilərə xəbərdarlıq edilib
Cəmiyyət 17:14
Küləkli hava şəraiti ilə əlaqədar gəmilərə xəbərdarlıq edilib
Ramanada avtomobildən 6 min manat oğurlamaqda şübhəli bilinən şəxs saxlanılıb
Cəmiyyət 16:03
Ramanada avtomobildən 6 min manat oğurlamaqda şübhəli bilinən şəxs saxlanılıb
Kamran Əliyev argentinalı həmkarı ilə əməkdaşlığı müzakirə edib
Cəmiyyət 15:28
Kamran Əliyev argentinalı həmkarı ilə əməkdaşlığı müzakirə edib
Sumqayıtda beş avtomobil toqquşub, xəsarət alanlar var
Cəmiyyət 14:58
Sumqayıtda beş avtomobil toqquşub, xəsarət alanlar var
Qaradağda evdən 7 050 manatlıq qızıl-zinət əşyaları oğurlanıb
Cəmiyyət 13:30
Qaradağda evdən 7 050 manatlıq qızıl-zinət əşyaları oğurlanıb
МВД: Накануне задержаны 59 подозреваемых в различных преступлениях
Cəmiyyət 13:04
МВД: Накануне задержаны 59 подозреваемых в различных преступлениях
Sabahın hava proqnozu açıqlanıb
Cəmiyyət 12:47
Sabahın hava proqnozu açıqlanıb
Azərbaycanda noyabrın 15-dən istilik mövsümünə başlanılır
Cəmiyyət 12:06
Azərbaycanda noyabrın 15-dən istilik mövsümünə başlanılır
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol