Kürdəmirdə avtomobil qəzası baş verib, xəsarət alanlar var

Kürdəmirdə avtomobil qəzası baş verib, xəsarət alanlar var.
"Report"un Yuxarı Şirvan bürosu xəbər verir ki, hadisə Bakı-Qazax əsas magistral yolunun rayonun Muğanlı kəndindən keçən hissəsində qeydə alınıb.
"Mercedes" markalı avtomaşının sürücüsü Mingəçevir şəhər sakini, 1986-cı il təvəllüdlü Nəbiyeva Jalə Rəşadət qızı Gəncə istiqamətində hərəkətdə olarkən qəfildən idarəetməni itirib. Nəticədə avtomobil yoldan çıxaraq yol kənarına aşıb.
Hadisə zamanı sürücü və onun sərnişini Mingəçevir sakini 1979-cu il təvəllüdlü Həsənova Ramilə Xaliq qızı müxtəlif dərəcəli ağır bədən xəsarətləri alıblar. Yaralılar dərhal təcili tibbi yardım maşınının köməyi ilə Kürdəmir rayon Mərkəzi Xəstəxanasına aparılıb və həkim nəzarətinə götürülüb.
www.anews.az
























