• $
  • €
  • ₽
  • ₺
  • £

Qarabağın saxta rəhbərlərinin istintaqı barəsində məlumatlar açıqlanacaq - Baş prokuror

Qarabağın saxta rəhbərlərinin istintaqı barəsində məlumatlar açıqlanacaq - Baş prokuror
12.12.2023 12:28
Arayik Arutunyan, Ruben Vardanyan və digərlərinin cinayətinin gedişatı barəsində tam məlumatlar açıqlanacaq. Bu barədə Qafqazinfo Baş prokuror Kamran Əliyevə istinadan yazıb. 

Azərbaycan xalqı bu istintaqın gedişatı barədə tam məlumatlandırılacaq. Vahid istintaq-əməliyyat qrupu yaradılıb. Beynəlxalq konvensiya və qanunvericiləyə uyğun istintaq aparılır. Azərbaycan xalqının haqqı var ki, istintaqın nəticəsi barədə məlumatlı olsun”, - Əliyev bildirib. 
 
Oktyabrın 5-də sepratçı rejimin keçmiş "rəhbərləri" Bako Saakyan və Arkadi Qukasyanı, həmçinin "parlamentin eks-spikeri" David İşxanyan barəsində Səəbail Məhkəməsi 4 aylıq həbs qərarı verib. 
 
Onlar oktyabrın 3-də  Dövlət Təhlükəsizliyi Xidmətinin əməkdaşları tərəfindən saxlanılıb.
 
Bir gün əvvəl Azərbaycaın hüquq mühafizə orqanları qondarma rejimin keçmiş "preizdenti" Araik Arturyuanın saxlanması barəsində xəbər yayıb. 


Bundan əvvəl Azərbaycan separatçı rejimin "xarici işlər naziri" və "prezidentinin keçmiş köməkçisi" David Babayanın, o cümlədən Ermənistanın Qarabağdakı "hərbi qüvvələri komandanının keçmiş müavini" David Manukyanın və "keçmiş dövlət naziri" Ruben Vardaryanı saxlanması ilə bağlı açıqlama yayıb. 
 
Sentyabrın 19-da Azərbaycan Qarabağda lokal əməliyaytların keçirilməsini elan edib. Bir gün sonra Rusiya sülhməramlılarının vasitəçiliyi ilə tərəflər arasında atəşkəs haqqında razılıq əldə olunub. Sentyabrın 28-də Qarabağın qondarma "rəhbəri" Samvel Şahramanyan 2024-cü il yanvarın 1-dək separatçı rejimin ləğv olunmasını elan edib. Bildirib ki, Qarabağda qalmaq istəyən vətəndaşlar Azərbaycanın təklif etdiyi reinteqrasiya ilə bağlı təqdim olunan sənədlə tanış ola bilərlər. 
 
Gülnar Nazimqızı 
 


www.anews.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Ağdamda itlər məktəbli qıza hücum edib
Cəmiyyət 18:09
Ağdamda itlər məktəbli qıza hücum edib
Sabah bir sıra bölgələrdə güclü külək əsəcək – sarı xəbərdarlıq
Cəmiyyət 16:27
Sabah bir sıra bölgələrdə güclü külək əsəcək – sarı xəbərdarlıq
Sabirabadda qaçırılan azyaşlı qız tapılıb
Cəmiyyət 16:18
Sabirabadda qaçırılan azyaşlı qız tapılıb
Qızılağac Milli Parkında qanunsuz ov edən şəxs saxlanılıb
Cəmiyyət 15:43
Qızılağac Milli Parkında qanunsuz ov edən şəxs saxlanılıb
Bakıda evdən 4 min manat oğurlanıb, şübhəli saxlanılıb
Cəmiyyət 14:05
Bakıda evdən 4 min manat oğurlanıb, şübhəli saxlanılıb
Sabahın hava proqnozu
Cəmiyyət 13:43
Sabahın hava proqnozu
Sumqayıtda azyaşlı dəm qazından boğulub
Cəmiyyət 11:27
Sumqayıtda azyaşlı dəm qazından boğulub
BDYPİ sürücülərə həftəsonu səfərləri ilə bağlı xəbərdarlıq edib
Cəmiyyət 10:57
BDYPİ sürücülərə həftəsonu səfərləri ilə bağlı xəbərdarlıq edib
Sumqayıtda yol çöküb
Cəmiyyət 09:34
Sumqayıtda yol çöküb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol