• $
  • €
  • ₽
  • ₺
  • £

Psixologiya sahəsində informativ PTSP.AZ saytı istifadəyə verilib

Psixologiya sahəsində informativ PTSP.AZ saytı istifadəyə verilib
13.12.2023 12:22
"For Azerbaijan” Beynəlxalq Xeyriyyə təşkilatının dəstəyi ilə psixologiya sahəsində informativ PTSP.AZ saytı istifadəyə verilib.

Sayt Beynəlxalq Xeyriyyə təşkilatının Paşa Sığorta ilə birgə həyata keçirdiyi "Azərbaycanda Psixoloji Reabilitasiya İmkanlarının Artırılması” (APRİA) layihəsinin Peşəkar təcrübənin artırılması komponenti üzrə təlim və sertifikatlaşma prosessləri uğurla tamamlanıb.


Layihənin növbəti mərhələsində Post Travmatik Stres Pozuntusu barədə ətraflı məlumatları özündə ehtiva edən, həmçinin təlimləri uğurla başa vurmuş yerli psixoloqların icma platformasını təşkil edən PTSP.AZ saytının təqdimatı həyata keçirilib. Tədbirdə Layihə iştirakçıları və təlimləri uğurla başa vurmuş beynəlxalq sertifikatlı psixoloqlarımız iştirak ediblər.


"For Azerbaijan” Beynəlxalq təşkilatının proqramlar üzrə direktoru Elnur Kələntərov iştirakçıları salamlayaraq yeni yaradılmış saytın üstünlükləri və fərqli cəhətləri barədə geniş məlumat verib. Bildirib ki, saytın əsas məqsədi Azərbaycanda beynəlxalq serifikatlara layiq görülmüş psixoloqlar arasında təcrübə mübadiləsini gücləndirmək, PTSP-dən əziyyət çəkən insanlara dəstək vermək, PTSP haqqında ən effektiv və təsdiq olunmuş müalicə metodları barədə informasiyaları ictimailəşdirmək, insanlar arasında məlumatlandırmanı artırmaqdır.


Həmçinin, saytda beynəlxalq sertifikat qazanmış psixoloqlar barədə ətraflı məlumat, bu sahədə müxtəlif resurslar və təcrübə mübadilələri barədə protokollar yerləşdirildiyini söyləyən Elnur Kələntərov saytın test bölməsində müxtəlif ilkin psixoloji testlərin də istifadəçilərin ixtiyarına verildiyini bildirib.


İlk dəfə olaraq Azərbaycanda istifadəçilər üçün psixologiya sahəsində informativ və məlumatlandırıcı portal olan PTSP.az-da psixoloqlarla interaktiv və birbaşa əlaqə saxlamaq imkanları da yaradılıb.


Portalda PTSP-dən əziyyət çəkən insanları düzgün məlumatlandırmaq və istiqamətləndirməklə yanaşı, həm də bu xəstəliyin müalicəsində dünyada geniş tətbiq olunan Koqnitiv İşlənmə Terapiyası və Yazılı Ekspozisiya Terapiyası üsulları barədə geniş informasiyalar yer alıb. Tədbirin sonunda iştirakçıları maraqlandıran suallar cavablandırılıb.


Dünyanın müxtəlif ölkələrində uğurlu karyera qurmuş azərbaycanlılar tərəfindən təşkil olunan For Azerbaijan Beynəlxalq Xeyriyyə təşkilatı ölkəmizdə dövlət qurumları və özəl təşkilatlarla birgə gələcəyə yönəlik sosial, təhsil və səhiyyə sahələrində müxtəlif layihələri həyata keçirir.

www.anews.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Ağdamda itlər məktəbli qıza hücum edib
Cəmiyyət 18:09
Ağdamda itlər məktəbli qıza hücum edib
Sabah bir sıra bölgələrdə güclü külək əsəcək – sarı xəbərdarlıq
Cəmiyyət 16:27
Sabah bir sıra bölgələrdə güclü külək əsəcək – sarı xəbərdarlıq
Sabirabadda qaçırılan azyaşlı qız tapılıb
Cəmiyyət 16:18
Sabirabadda qaçırılan azyaşlı qız tapılıb
Qızılağac Milli Parkında qanunsuz ov edən şəxs saxlanılıb
Cəmiyyət 15:43
Qızılağac Milli Parkında qanunsuz ov edən şəxs saxlanılıb
Bakıda evdən 4 min manat oğurlanıb, şübhəli saxlanılıb
Cəmiyyət 14:05
Bakıda evdən 4 min manat oğurlanıb, şübhəli saxlanılıb
Sabahın hava proqnozu
Cəmiyyət 13:43
Sabahın hava proqnozu
Sumqayıtda azyaşlı dəm qazından boğulub
Cəmiyyət 11:27
Sumqayıtda azyaşlı dəm qazından boğulub
BDYPİ sürücülərə həftəsonu səfərləri ilə bağlı xəbərdarlıq edib
Cəmiyyət 10:57
BDYPİ sürücülərə həftəsonu səfərləri ilə bağlı xəbərdarlıq edib
Sumqayıtda yol çöküb
Cəmiyyət 09:34
Sumqayıtda yol çöküb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol