Bakıya gələn qatar Goranda yarım saata yaxındır hərəkətini dayandırıb - Yenilənib

"Azərişıq" ASC Azərbaycan Dəmir Yollarını gərginliklə təmin etmir. Bu barədə qurumdan bildirilib.
""Azərişıq” ASC-dən qatarın gecikməsi ilə bağlı elektrik enerjisi kəsintisi "Azərişığ”ın fəaliyyəti ilə qaynaqlanmır", - məlumatda deyilir.
20:11
Ağstafadan Bakıdan gələn qatar nasazlıq səbəbindən Goran ərazisində hərəkətini dayandırıb. Bu barədə qatarda olan sərnişinlər Anews.az-a açıqlamasında bildirib.
Azərbaycan Dəmir Yollarının əməkdaşlarının ilkin açıqlamaslna görə, Azərişıq ərazidə işıqları kəsdiyi üçün qatarın hərəkətində problem yaranıb.
Hazırda yarımsaata yaxındır qatar hərəkət edə bilmir.
Gülnar Nazimqızı
www.anews.az
























