• $
  • €
  • ₽
  • ₺
  • £

Stavropoldan ən çox taxıl Azərbaycana ixrac olunub

Stavropoldan ən çox taxıl Azərbaycana ixrac olunub
25.12.2023 09:50
2023-cü il Rusiyanın Stavropol diyarından ən çox Azərbaycana taxıl ixrac olunub. Bu barədə Rosselxoznadzorun rəsmi saytında məlumat paylaşılıb. 
 
Belə ki, Azərbaycana 467,296 min ton buğda, qarğıdalı, arpa, darı, yulaf və noxud, Ermənistana 116,083 min ton buğda, qarğıdalı, arpa, günəbaxan, noxud, düyü, mərci və kolza göndərilib. 
 
Stavropol taxılı Gürcüstan, İraq, İran, Türkiyə, Pakistan, Əfqanıstan, Özbəkistan, Monqolustan, Qırğızıstan, Tacikistan və İsrail də daxil olmaqla 14 ölkəyə tədarük edilir.
 
Bu ilin oktyabrında ölkəyə idxal edilən buğdanın həcmi ötən ilin müvafiq dövrü ilə müqayisədə 26% azalaraq 156 947 ton təşkil edib.

2023- cü ilin sentyabrında Azərbaycana gətirilmiş buğdanın orta idxal qiyməti 404.35 manata bərabər olub.
 
Azərbaycanın taxıla olan illik tələbatı 3,5 milyon ton təşkil edir. Bunun 1,4 milyon tonu idxal olunur. Azərbaycan əsasən taxılı Rusiya və Qazaxıstandan idxal edir. Hazırda Rusiya taxılının bazarda orta qiyməti 1 ton üçün $365, Qazaxıstan taxılının qiyməti isə $370-dır. 
 
Azərbaycanda taxıl əsasən Şəki, Beyləqan, Ağcabədi, Ağstafa və Tovus bölgəsində yetişdirilir. 2023-cü ildə artıq Qarabağın Ermənistan işğalından azad edilən ərazilərində də ildə 100 ton buğda əldə ediləcəyi gözlənilir
 
Gülnar 
 
 
 


www.anews.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Ağdamda itlər məktəbli qıza hücum edib
Cəmiyyət 18:09
Ağdamda itlər məktəbli qıza hücum edib
Sabah bir sıra bölgələrdə güclü külək əsəcək – sarı xəbərdarlıq
Cəmiyyət 16:27
Sabah bir sıra bölgələrdə güclü külək əsəcək – sarı xəbərdarlıq
Sabirabadda qaçırılan azyaşlı qız tapılıb
Cəmiyyət 16:18
Sabirabadda qaçırılan azyaşlı qız tapılıb
Qızılağac Milli Parkında qanunsuz ov edən şəxs saxlanılıb
Cəmiyyət 15:43
Qızılağac Milli Parkında qanunsuz ov edən şəxs saxlanılıb
Bakıda evdən 4 min manat oğurlanıb, şübhəli saxlanılıb
Cəmiyyət 14:05
Bakıda evdən 4 min manat oğurlanıb, şübhəli saxlanılıb
Sabahın hava proqnozu
Cəmiyyət 13:43
Sabahın hava proqnozu
Sumqayıtda azyaşlı dəm qazından boğulub
Cəmiyyət 11:27
Sumqayıtda azyaşlı dəm qazından boğulub
BDYPİ sürücülərə həftəsonu səfərləri ilə bağlı xəbərdarlıq edib
Cəmiyyət 10:57
BDYPİ sürücülərə həftəsonu səfərləri ilə bağlı xəbərdarlıq edib
Sumqayıtda yol çöküb
Cəmiyyət 09:34
Sumqayıtda yol çöküb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol