• $
  • €
  • ₽
  • ₺
  • £

Yanvarın 3-də Yer kürəsi maksimal məsafədə Günəşə yaxınlaşacaq

Yanvarın 3-də Yer kürəsi maksimal məsafədə Günəşə yaxınlaşacaq
25.12.2023 17:39
Yanvarın 3-də Yer kürəsi öz orbitinin Günəşə ən yaxın nöqtəsində yerləşəcək. Moskva planetarisi bildirib ki, bunun sayəsində göy cisminin görünən diametri iyul ayına nisbətən 3 faiz daha böyük olacaq.

AZƏRTAC Rusiya KİV-lərinə istinadla xəbər verir ki, həmin gün ulduz və planet arasında məsafə 147 098 988 kilometr təşkil edəcək. Astronomlar dəqiqləşdiriblər ki, Yer kürəsi Moskva vaxtı ilə saat 03:38-də periheliyaya çatacaq.

Yer kürəsi Günəşin ətrafında elliptik orbit üzrə hərəkət edir. Planet periheliyaya - yanvar ayında, afeliyaya (orbitin ən uzaq nöqtəsinə) isə – iyul ayının əvvəlində çatır. Bu dövrdə o, Günəşdən 152 milyon kilometrdən çox məsafəyə uzaqlaşır.

Dekabrın 22-də Şimal yarımkürəsində qış gündönümü baş verib. İl ərzində ən qısa günün uzunluğu 6 saat 59 dəqiqə təşkil edib.

www.anews.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Ağdamda itlər məktəbli qıza hücum edib
Cəmiyyət 18:09
Ağdamda itlər məktəbli qıza hücum edib
Sabah bir sıra bölgələrdə güclü külək əsəcək – sarı xəbərdarlıq
Cəmiyyət 16:27
Sabah bir sıra bölgələrdə güclü külək əsəcək – sarı xəbərdarlıq
Sabirabadda qaçırılan azyaşlı qız tapılıb
Cəmiyyət 16:18
Sabirabadda qaçırılan azyaşlı qız tapılıb
Qızılağac Milli Parkında qanunsuz ov edən şəxs saxlanılıb
Cəmiyyət 15:43
Qızılağac Milli Parkında qanunsuz ov edən şəxs saxlanılıb
Bakıda evdən 4 min manat oğurlanıb, şübhəli saxlanılıb
Cəmiyyət 14:05
Bakıda evdən 4 min manat oğurlanıb, şübhəli saxlanılıb
Sabahın hava proqnozu
Cəmiyyət 13:43
Sabahın hava proqnozu
Sumqayıtda azyaşlı dəm qazından boğulub
Cəmiyyət 11:27
Sumqayıtda azyaşlı dəm qazından boğulub
BDYPİ sürücülərə həftəsonu səfərləri ilə bağlı xəbərdarlıq edib
Cəmiyyət 10:57
BDYPİ sürücülərə həftəsonu səfərləri ilə bağlı xəbərdarlıq edib
Sumqayıtda yol çöküb
Cəmiyyət 09:34
Sumqayıtda yol çöküb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol