• $
  • €
  • ₽
  • ₺
  • £

Ombudsman Hüseyn və Aqşinlə görüşüb

Ombudsman Hüseyn və Aqşinlə görüşüb
30.12.2023 20:34
Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyeva 2023-cü ilin aprel ayında Naxçıvan Muxtar Respublikasının Şahbuz rayonunun Ermənistanla sərhədboyu ərazisində itkin düşməklə Ermənistan tərəfindən əsir götürülərək həbs edilmiş və bu yaxınlarda əsirlikdən azad edilmiş Azərbaycan Ordusunun əsgərləri Hüseyn Axundov və Aqşin Bəbirovla görüş keçirib.

Bu barədə Ombudsman Aparatı məlumat yayıb.

Görüş zamanı Ombudsman ölkə Prezidenti, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin davamlı səyləri və əzmkarlığı sayəsində Ermənistan əsirliyindən azad olunmaları münasibətilə Hüseyn Axundov və Aqşin Bəbirovu təbrik edib.

Müvəkkil hərbi qulluqçularımızın səhhəti və indiki vəziyyətləri, habelə qayğıları ilə maraqlanıb. Onlar Ermənistanda saxlanıldıqları müddət ərzində məruz qaldıqları qeyri-insani rəftar halları barəsində məlumat veriblər.

Ombudsman öz növbəsində hərbi qulluqçularımızın qeyd etdikləri məsələlərin müvafiq beynəlxalq qurumlar qarşısında qaldırılacağını, hüquqlarının təmini istiqamətində lazımi addımların atılacağını bildirib.
www.anews.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Ağdamda itlər məktəbli qıza hücum edib
Cəmiyyət 18:09
Ağdamda itlər məktəbli qıza hücum edib
Sabah bir sıra bölgələrdə güclü külək əsəcək – sarı xəbərdarlıq
Cəmiyyət 16:27
Sabah bir sıra bölgələrdə güclü külək əsəcək – sarı xəbərdarlıq
Sabirabadda qaçırılan azyaşlı qız tapılıb
Cəmiyyət 16:18
Sabirabadda qaçırılan azyaşlı qız tapılıb
Qızılağac Milli Parkında qanunsuz ov edən şəxs saxlanılıb
Cəmiyyət 15:43
Qızılağac Milli Parkında qanunsuz ov edən şəxs saxlanılıb
Bakıda evdən 4 min manat oğurlanıb, şübhəli saxlanılıb
Cəmiyyət 14:05
Bakıda evdən 4 min manat oğurlanıb, şübhəli saxlanılıb
Sabahın hava proqnozu
Cəmiyyət 13:43
Sabahın hava proqnozu
Sumqayıtda azyaşlı dəm qazından boğulub
Cəmiyyət 11:27
Sumqayıtda azyaşlı dəm qazından boğulub
BDYPİ sürücülərə həftəsonu səfərləri ilə bağlı xəbərdarlıq edib
Cəmiyyət 10:57
BDYPİ sürücülərə həftəsonu səfərləri ilə bağlı xəbərdarlıq edib
Sumqayıtda yol çöküb
Cəmiyyət 09:34
Sumqayıtda yol çöküb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol