Prezident İlham Əliyev Mübariz Qəhrəman oğlu Qurbanlının 2-ci dərəcəli "Vətənə xidmətə görə” ordeni ilə təltif edilməsi haqqında Sərəncam imzalayıb. Bununla bağlı President.az məlumat yayıb.
Sərəncama əsasən, Mübariz Qurbanlı Azərbaycan Respublikasının ictimai-siyasi həyatında səmərəli fəaliyyətinə görə təltif olunub.