• $
  • €
  • ₽
  • ₺
  • £

Bakıda bu əraziyə avtomobillərin girişi qadağan ediləcək

Bakıda bu əraziyə avtomobillərin girişi qadağan ediləcək
08.01.2024 23:47
İçərişəhərdə tarixi binaların olduğu əraziyə avtomobillərin girişi qadağan ediləcək.

Bu, Bakı şəhərinin 2040-cı ilədək inkişafına dair Baş planında əksini tapıb.

İçərişəhərə bitişik yerləşən (şərq hissədə) 19-cu əsrə aid tarixi binaların olduğu şəhər ərazisinin (Neftçilər prospektinin şimalı və Bülbül prospektinin qərbi ilə) avtomobil nəqliyyatından azad sakit şəhər ərazisinə çevrilməsi (Bülbül prospekti, Səməd Vurğun küçəsi, Zərifə Əliyeva küçəsi, Neftçilər prospekti kimi əsas yolları dolanaraq) nəzərdə tutulur.

Piyada zonasının İçərişəhər ərazisi ilə (nəqliyyat vasitələrinin giriş-çıxışına məhdud səviyyədə yol verilən) birləşdirilməsi və Əziz Əliyev küçəsi ilə İstiqlaliyyət küçəsi arasında ümumi ayırıcı xəttin müəyyən edilməsilə Neftçilər prospekti ilə "Nizami Parkı” arasında avtomobil nəqliyyatından azad sakit ərazinin yaradılması planlaşdırılır.

Yaxınlıqdakı yerli əhəmiyyətli yolların avtomobil nəqliyyatından azad sakit küçələr kimi inkişaf etdirilməsi ilə Dövlət İncəsənət Muzeyi Parkı (keçmiş Qubernator bağı) və "Dağüstü park” (Funikulyorətrafı ərazilər daxil olmaqla) kimi turizm məkanların İçərişəhərlə əlaqələndirilməsi və Niyazi küçəsində piyada keçid imkanlarının tamamlanması da plana daxildir.

www.anews.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Ağdamda itlər məktəbli qıza hücum edib
Cəmiyyət 18:09
Ağdamda itlər məktəbli qıza hücum edib
Sabah bir sıra bölgələrdə güclü külək əsəcək – sarı xəbərdarlıq
Cəmiyyət 16:27
Sabah bir sıra bölgələrdə güclü külək əsəcək – sarı xəbərdarlıq
Sabirabadda qaçırılan azyaşlı qız tapılıb
Cəmiyyət 16:18
Sabirabadda qaçırılan azyaşlı qız tapılıb
Qızılağac Milli Parkında qanunsuz ov edən şəxs saxlanılıb
Cəmiyyət 15:43
Qızılağac Milli Parkında qanunsuz ov edən şəxs saxlanılıb
Bakıda evdən 4 min manat oğurlanıb, şübhəli saxlanılıb
Cəmiyyət 14:05
Bakıda evdən 4 min manat oğurlanıb, şübhəli saxlanılıb
Sabahın hava proqnozu
Cəmiyyət 13:43
Sabahın hava proqnozu
Sumqayıtda azyaşlı dəm qazından boğulub
Cəmiyyət 11:27
Sumqayıtda azyaşlı dəm qazından boğulub
BDYPİ sürücülərə həftəsonu səfərləri ilə bağlı xəbərdarlıq edib
Cəmiyyət 10:57
BDYPİ sürücülərə həftəsonu səfərləri ilə bağlı xəbərdarlıq edib
Sumqayıtda yol çöküb
Cəmiyyət 09:34
Sumqayıtda yol çöküb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol