• $
  • €
  • ₽
  • ₺
  • £

Ötən il Azərbaycanda istehlakçılara qaytarılan məbləğ açıqlanıb

Ötən il Azərbaycanda istehlakçılara qaytarılan məbləğ açıqlanıb
09.01.2024 11:26
2023-cü ilin on bir ayında İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti tərəfindən istehlakçıların 2 555 müraciəti təmin olunub. Bu barədə Dövlət Xidməti məlumat yayıb.

Məlumata görə, təmin olunmuş müraciətlərin nəticəsində 460 687 manat vəsait istehlakçılara geri qaytarılıb, 79 546 manat məbləğində dəymiş ziyan ödənilib.
 
2022-ci ildə xidmətə daxil olan 5570 müraciətə baxılıb və bunlardan 2260 müraciət təmin olunub. Nəticədə, qanun pozuntusuna yol vermiş təsərrüfat subyektləri tərəfindən istehlakçılara 318 min manat vəsait geri qaytarılıb, 20 min manatadək dəymiş zərər ödənilib.
 
2022-ci ildə antiinhisar və haqsız rəqabət halları üzrə ümumilikdə 60 iş qaldırılıb, 48 işə baxılması başa çatdırılıb. Nəticədə, təqribən 6,5 milyon manata yaxın maliyyə sanksiyası tətbiq edilib.

Azərbaycan Akkreditasiya Mərkəzi tərəfindən 111 qurum akkreditə edilib, 17 qurumun akkreditasiya sahəsi genişləndirilib. Ötən il ərzində sahibkarlıq subyektlərinə 61 mindən çox mənşə sertifikatı verilib.
 
Aytac Zeynalova


www.anews.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Ağdamda itlər məktəbli qıza hücum edib
Cəmiyyət 18:09
Ağdamda itlər məktəbli qıza hücum edib
Sabah bir sıra bölgələrdə güclü külək əsəcək – sarı xəbərdarlıq
Cəmiyyət 16:27
Sabah bir sıra bölgələrdə güclü külək əsəcək – sarı xəbərdarlıq
Sabirabadda qaçırılan azyaşlı qız tapılıb
Cəmiyyət 16:18
Sabirabadda qaçırılan azyaşlı qız tapılıb
Qızılağac Milli Parkında qanunsuz ov edən şəxs saxlanılıb
Cəmiyyət 15:43
Qızılağac Milli Parkında qanunsuz ov edən şəxs saxlanılıb
Bakıda evdən 4 min manat oğurlanıb, şübhəli saxlanılıb
Cəmiyyət 14:05
Bakıda evdən 4 min manat oğurlanıb, şübhəli saxlanılıb
Sabahın hava proqnozu
Cəmiyyət 13:43
Sabahın hava proqnozu
Sumqayıtda azyaşlı dəm qazından boğulub
Cəmiyyət 11:27
Sumqayıtda azyaşlı dəm qazından boğulub
BDYPİ sürücülərə həftəsonu səfərləri ilə bağlı xəbərdarlıq edib
Cəmiyyət 10:57
BDYPİ sürücülərə həftəsonu səfərləri ilə bağlı xəbərdarlıq edib
Sumqayıtda yol çöküb
Cəmiyyət 09:34
Sumqayıtda yol çöküb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol