• $
  • €
  • ₽
  • ₺
  • £

Ötən il DSMF-nin xərcləri 16% artıb - Rəsmi

Ötən il DSMF-nin xərcləri 16% artıb - Rəsmi
10.01.2024 12:02
2023-cü ildə Dövlət Sosial Müdafiə Fondunun (DSMF) xərcləri 16% artaraq 6 milyard 81 milyon manata çatıb. Bunu DSMF-nin İdarə Heyətinin sədri Himalay Məmişov deyib.

"Xərclər 829 milyon manat artıb. Xərclərin 98%-i əhaliyə ödənişləri üzrə  xərclərin maliyyələşdirilməsinə sərf olunub. Həmin xərclər 5 milyard 888 milyon manat həcmində olub. Bu xərclərin 94%-ni, yəni 26 milyon manatı əhalinin pensiyalarının maliyyələşdirilməsi xərcləri təşkil edib. Əmək pensiyalarının ödənilməsinə 2023-cü ildə 2022-ci illə müqayisədə 781 milyon manat və ya 15,8% artıq vəsait sərf olunub. Hesabat dövründə sığorta haqları hesabına müavinət xərcləri 162 milyon manat, fondun digər xərcləri isə 193 milyon manat təşkil edib. Məcburi Dövlət Sosial Sığorta Haqları hesabına müavinət xərcləri 17% artımla icra olunub. Burada vətəndaşlara 24 milyon manat çox vəsaitin ödənilməsi təmin olunub" -   sədr 2023-cü ilin yekunlarına həsr olunmuş mətbuat konfransında qeyd edib. 
 

O bildirib ki, ötən dövrdə aparılan ciddi islahatlar çərçivəsində fondun xərclərinin artıb. 
 
Sədr vurğulayıb ki, son 5 ildə 4 böyük islahat zərfi reallaşdırılıb. 

Aygün Mirakif 
 


www.anews.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Ağdamda itlər məktəbli qıza hücum edib
Cəmiyyət 18:09
Ağdamda itlər məktəbli qıza hücum edib
Sabah bir sıra bölgələrdə güclü külək əsəcək – sarı xəbərdarlıq
Cəmiyyət 16:27
Sabah bir sıra bölgələrdə güclü külək əsəcək – sarı xəbərdarlıq
Sabirabadda qaçırılan azyaşlı qız tapılıb
Cəmiyyət 16:18
Sabirabadda qaçırılan azyaşlı qız tapılıb
Qızılağac Milli Parkında qanunsuz ov edən şəxs saxlanılıb
Cəmiyyət 15:43
Qızılağac Milli Parkında qanunsuz ov edən şəxs saxlanılıb
Bakıda evdən 4 min manat oğurlanıb, şübhəli saxlanılıb
Cəmiyyət 14:05
Bakıda evdən 4 min manat oğurlanıb, şübhəli saxlanılıb
Sabahın hava proqnozu
Cəmiyyət 13:43
Sabahın hava proqnozu
Sumqayıtda azyaşlı dəm qazından boğulub
Cəmiyyət 11:27
Sumqayıtda azyaşlı dəm qazından boğulub
BDYPİ sürücülərə həftəsonu səfərləri ilə bağlı xəbərdarlıq edib
Cəmiyyət 10:57
BDYPİ sürücülərə həftəsonu səfərləri ilə bağlı xəbərdarlıq edib
Sumqayıtda yol çöküb
Cəmiyyət 09:34
Sumqayıtda yol çöküb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol