• $
  • €
  • ₽
  • ₺
  • £

Ukraynaya növbəti humanitar yardım göndərilib

Ukraynaya növbəti humanitar yardım göndərilib
11.01.2024 13:49
Azərbaycan Ukraynaya 25 TIR-dan ibarət yük avtomobili karvanı ilə yola salınan humanitar yardıma 677 min metrdən çox elektrik kabelləri və naqilləri, həmçinin 22 ədəd komplekt transformator məntəqəsi göndərib. Bu barədə Energetika Nazirliyindən məlumat verilib.
 
Bildirilib ki, nəzərdə tutulmuş elektrik avadanlıqlarının növbəti hissəsi Sumqayıt Texnologiyalar Parkından yola salınıb.

Ümumi məbləği 7.6 milyon ABŞ dolları olan sözügedən humanitar yardımın ilk hissələri 2023-cü ilin 30 oktyabr, 21 noyabr və 8 dekabr tarixlərində Ukraynaya göndərilib.
 
ABŞ 2022-ci il fevralın 24-dən, Yəni Rusiya-Ukrayna müharibəsi başlayandan,  indiyə kimi Ukraynaya 40 milyard dollardan çox hərbi yardım edib. Bu barədə  Pentaqon rəhbəri Lloyd Ostin İndoneziyada keçirdiyi mətbuat konfransında  bildirib. 
 
2023-cü ilin avqustunda Dünya İqtisadiyyatı üzrə Kiel İnstitutunun hesabatına görə, Kiyevə ən çox hərbi yardım göstərmiş ölkələr sırasında Amerika Birləşmiş Ştatları (ABŞ) birinci sırada olub. Bu barədə BBC məlumat yayıb.
 
Statistikaya görə, ABŞ 46,6 milyard dollar dəyərində hərbi yardımlar edib.

Yardım sırasına ABŞ – 46,6 milyard dollar, Almaniya – 18,9 milyard dollar, Böyük Britaniya – 7,3 milyard dollar, Norveç – 4,1 milyard dollar, Danimarka - 3,9 , milyard dollar, Polşa - 3,3 milyard dollar , Niderland – 2,7 milyard dollar, Kanada – 1,8 milyard dollar, İsveç – 1,6 milyard dollar, Finlandiya – 1,4 milyard dollar olub.
 
Aytac Zeynalova

www.anews.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Ağdamda itlər məktəbli qıza hücum edib
Cəmiyyət 18:09
Ağdamda itlər məktəbli qıza hücum edib
Sabah bir sıra bölgələrdə güclü külək əsəcək – sarı xəbərdarlıq
Cəmiyyət 16:27
Sabah bir sıra bölgələrdə güclü külək əsəcək – sarı xəbərdarlıq
Sabirabadda qaçırılan azyaşlı qız tapılıb
Cəmiyyət 16:18
Sabirabadda qaçırılan azyaşlı qız tapılıb
Qızılağac Milli Parkında qanunsuz ov edən şəxs saxlanılıb
Cəmiyyət 15:43
Qızılağac Milli Parkında qanunsuz ov edən şəxs saxlanılıb
Bakıda evdən 4 min manat oğurlanıb, şübhəli saxlanılıb
Cəmiyyət 14:05
Bakıda evdən 4 min manat oğurlanıb, şübhəli saxlanılıb
Sabahın hava proqnozu
Cəmiyyət 13:43
Sabahın hava proqnozu
Sumqayıtda azyaşlı dəm qazından boğulub
Cəmiyyət 11:27
Sumqayıtda azyaşlı dəm qazından boğulub
BDYPİ sürücülərə həftəsonu səfərləri ilə bağlı xəbərdarlıq edib
Cəmiyyət 10:57
BDYPİ sürücülərə həftəsonu səfərləri ilə bağlı xəbərdarlıq edib
Sumqayıtda yol çöküb
Cəmiyyət 09:34
Sumqayıtda yol çöküb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol