Gəncədə ev sahibinin hamamında yanmış cəsədi tapılıb
12.01.2024 09:51
Gəncə şəhər sakininin hamam otağında yanmış meyiti aşkarlanıb. Bu barədə Qafqazinfo məlumat verib.
Hadisə dünən saat 10 radələrində şəhərin İstanbul küçəsi, ev 23-də baş verib. Ev sahibi Sadıqov Nəsrəddin Mirzə oğlunun yaşadığı evin hamam otağında natamam yanmış meyiti aşkar olunub.
Faktla bağlı Gəncə Şəhər Prokurorluğunda araşdırma aparılır.