• $
  • €
  • ₽
  • ₺
  • £

Süni intellekt iş yerlərinin sayını azaldacaq

Süni intellekt iş yerlərinin sayını azaldacaq
15.01.2024 19:50
Süni intellektin (AI) gələcək inkişafı iş yerlərinin azalmasına, eləcə də dünyada bərabərsizliyin artmasına səbəb olacaq.

Bu barədə Beynəlxalq Valyuta Fondunun (BVF) icraçı direktoru Kristalina Georgiyeva maliyyə institutunun saytındakı bloqunda məlumat yayıb.

"Süni intellekt dünya üzrə iş yerlərinin demək olar ki, 40%-nə təsir edəcək. Onun potensialından istifadə etmək üçün bizə düşünülmüş siyasət balansı lazımdır. Biz məhsuldarlığı artıracaq, qlobal iqtisadi artımı sürətləndirəcək və bütün dünyada gəlirləri artıracaq texnoloji inqilabın astanasındayıq. Bununla belə, bu, həm də əməyə tələbin azalmasına, iş yerlərinin itirilməsinə və bərabərsizliyin artmasına səbəb ola bilər”, - Georgiyeva vurğulayıb.

Onun sözlərinə görə, süni intellekt inkişafının qlobal iqtisadiyyata təsirini proqnozlaşdırmaq çətindir, çünki bu, çox mürəkkəb şəkildə baş verəcək.
"Nəticələr təəccüblüdür: qlobal məşğulluğun demək olar ki, 40%-i süni intellektdən təsirlənir”, - fondun rəhbəri əlavə edib.

O hesab edir ki, əmək gəlirinə təsir əsasən süni intellektin yüksək gəlirli işçilərə nə dərəcədə təsir etməsindən asılı olacaq.
"Əgər AI yüksək gəlirli işçilərin işini əhəmiyyətli dərəcədə asanlaşdırarsa, bu, onların əmək gəlirlərinin qeyri-mütənasib artmasına səbəb ola bilər. Bundan əlavə, süni intellekt tətbiq edən şirkətlərdə məhsuldarlıq artımı çox güman ki, kapitalın daha yüksək gəlirliliyinə gətirib çıxaracaq ki, bu da yüksək gəlirli işçilərə faydalı olacaq. Lakin aşağı gəlirli işçilər geridə qalacaq”, - BVF rəhbəri qeyd edib.

"Buna görə də, dövlətlər texnologiyanın sosial gərginliyi daha da artırmasının qarşısını almaq üçün bu problemi həll etməlidirlər”, - deyə Georgieva əlavə edib.
 
Keçən ay Avropa Birliyi rəsmiləri süni intellektin istifadəsini tənzimləyən dünyada ilk qanun layihəsi üzərində razılığa gəliblər.

Digər tərəfdən, Avropa Parlamenti bu ilin əvvəlində süni intellekt qanununa səs verəcək, ancaq bütün hallarda qanun ən azı 2025-ci ilə qədər qüvvəyə minməyəcək.
www.anews.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Ağdamda itlər məktəbli qıza hücum edib
Cəmiyyət 18:09
Ağdamda itlər məktəbli qıza hücum edib
Sabah bir sıra bölgələrdə güclü külək əsəcək – sarı xəbərdarlıq
Cəmiyyət 16:27
Sabah bir sıra bölgələrdə güclü külək əsəcək – sarı xəbərdarlıq
Sabirabadda qaçırılan azyaşlı qız tapılıb
Cəmiyyət 16:18
Sabirabadda qaçırılan azyaşlı qız tapılıb
Qızılağac Milli Parkında qanunsuz ov edən şəxs saxlanılıb
Cəmiyyət 15:43
Qızılağac Milli Parkında qanunsuz ov edən şəxs saxlanılıb
Bakıda evdən 4 min manat oğurlanıb, şübhəli saxlanılıb
Cəmiyyət 14:05
Bakıda evdən 4 min manat oğurlanıb, şübhəli saxlanılıb
Sabahın hava proqnozu
Cəmiyyət 13:43
Sabahın hava proqnozu
Sumqayıtda azyaşlı dəm qazından boğulub
Cəmiyyət 11:27
Sumqayıtda azyaşlı dəm qazından boğulub
BDYPİ sürücülərə həftəsonu səfərləri ilə bağlı xəbərdarlıq edib
Cəmiyyət 10:57
BDYPİ sürücülərə həftəsonu səfərləri ilə bağlı xəbərdarlıq edib
Sumqayıtda yol çöküb
Cəmiyyət 09:34
Sumqayıtda yol çöküb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol