Bakıdan Xırdalana metro xəttinin inşası nəzərdə tutulmur. Bunu Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Anar Quliyev deyib.
"Metronun "Xocəsən" stansiyası istifadəyə verilib. Bu stansiya Xırdalan şəhərinə və digər şəhərətrafı ərazilərə yaxındır. O da nəzərə alınmalıdır ki, Xırdalanda metro stansiyasının inşası üçün uyğun istiqamət yoxdur", - sədr
Bakı şəhərinin 2040-cı ilədək inkişafına dair Baş planının təqdimatı mərasimində jurnalistlərə açıqlamasında qeyd edib.
www.anews.az