• $
  • €
  • ₽
  • ₺
  • £

Şuşa - “İslam dünyasının mədəniyyət paytaxtı”nın açılış mərasimi keçiriləcək

Şuşa - “İslam dünyasının mədəniyyət paytaxtı”nın açılış mərasimi keçiriləcək
18.01.2024 18:36
İslam dünyasının mədəniyyət paytaxtı elan edilən Şuşa şəhərində "paytaxt ili”nin açılış mərasimi keçiriləcək.

Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.

Bu barədə Səudiyyə Ərəbistanı Krallığının Ciddə şəhərində İslam Dünyası Təhsil, Elm və Mədəniyyət Təşkilatının (ICESCO) Milli komissiyaları baş katiblərinin II Məşvərət görüşü və təşkilatın İcraiyyə Şurasının 44-cü sessiyasında müzakirə aparılıb.

Tədbirlərdə nazirlər, səfirlər, üzv dövlətlərin nümayəndələri, regional və beynəlxalq təşkilatların nümayəndələri iştirak ediblər.
Məşvərət görüşündə üç fəaliyyət üzrə üzv dövlətlərin nümayəndələri ilə ICESCO komandası arasında fikir mübadiləsi aparılıb və yaradıcı ideyalar irəli sürülüb.

İclasın nəticələri təşkilatın qarşıdakı illər üçün fəaliyyət planlarının, xüsusilə etik liderlik, insan resurslarına sərmayə, idarəetmə və innovasiya mədəniyyəti ilə bağlı fəaliyyət planlarının hazırlanması üçün əsas rol oynayacaq, üzv ölkələr arasında əməkdaşlığın təşviq edilməsinə imkan yaradacaq.

"ICESCO-nun gələcəyini bizimlə formalaşdırın” mövzusunda keçirilən ilk tədbir iştirakçılar üçün etik liderlik, insan resurslarına investisiya, innovasiya mədəniyyəti və ağıllı xidmətlər üzrə innovativ təşəbbüslərin ideya və təkliflərini təqdim etmək imkanı olub.
"ICESCO strategiyasında innovasiya” adlanan ikinci tədbir ideyalar, məlumat mübadiləsi, potensialın yaradılması və siyasətin formalaşmasında əməkdaşlığın genişləndirilməsi üzrə təşəbbüslər üçün ideyaların yaradılmasına həsr olunub.

Üçüncü fəaliyyət isə üzv dövlətlərin ev sahibliyi edəcəyi əsas qlobal tədbirləri, xüsusən də "Riyad Expo – 2030”, YUNESCO-nun Özbəkistandakı Baş Konfransı, Azərbaycanda COP29-u əhatə edib.
Azərbaycanda keçiriləcək COP29-a dair tədbir iştirakçılarına məlumat verilib və COP29-un beynəlxalq layihələrin və təşəbbüslərin qlobal təqdimatı üçün yaxşı platforma olduğu diqqətə çatdırılıb. COP29 çərçivəsində həyata keçirilməsi üçün müvafiq sahələr üzrə komandalar tərəfindən yeni ideyalar da irəli sürülüb.
Məşvərət görüşü öz işini ICESCO-nun baş direktoru Salim bin Məhəmməd əl-Malik və Milli Komissiya üzvləri arasında müzakirə sessiyası ilə yekunlaşdırıb.

Yanvarın 17-də gerçəkləşən İcraiyyə Şurasının iclasında təşkilatın 2023-cü ildə fəaliyyətinə dair hesabat, 2022-ci il üzrə maliyyə hesabatı, 2022-ci ildə üzv ölkələr tərəfindən ICESCO-ya edilən maliyyə töhfələrinə dair hesabat dinlənilib, İslam Dünyasının Süni İntellekt üzrə Nizamnaməsi, ICESCO-nun kadrlar və maliyyə qaydalarına dair sənədi, İcraiyyə Şurasının 45-ci sessiyasının keçiriləcəyi yerə dair məsələlər müzakirə edilib.

İclasda Azərbaycanın da təmsil olunduğu ICESCO-nun Maliyyə Nəzarəti Komitəsinin üzv ölkələrinin komitəyə üzvlük müddətinin uzadılması barədə qərar qəbul edilib.
Təşkilatın 2024 – 2025-ci illər üzrə Fəaliyyət Planı və büdcəsi təsdiq olunub. İclasda Azərbaycan nümayəndəsi çıxış edərək tədbirlərə yüksək səviyyədə ev sahibliyi etdiyinə və qonaqpərvərliyə görə Səudiyyə Ərəbistanı Krallığına, krallığın Mədəniyyət Nazirliyinə və ICESCO-ya təşəkkürünü bildirib.

Bu ilin beynəlxalq tədbirlərin keçirilməsi və ICESCO ilə əməkdaşlıq baxımından Azərbaycan üçün önəmli il olduğu diqqətə çatdırılıb. Qeyd edilib ki, 2024-cü il üçün "İslam dünyasının mədəniyyət paytaxtı” elan edilmiş Şuşa şəhərində "paytaxt ili”nin açılış mərasimi keçiriləcək və il ərzində çoxlu sayda tədbirlər təşkil olunacaq. Şuşanın mədəniyyət paytaxtı elan edilməsinə görə bir daha ICESCO və üzv ölkələrə təşəkkür edilib və onlar Şuşada keçiriləcək tədbirlərə dəvət olunublar.

www.anews.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Ağdamda itlər məktəbli qıza hücum edib
Cəmiyyət 18:09
Ağdamda itlər məktəbli qıza hücum edib
Sabah bir sıra bölgələrdə güclü külək əsəcək – sarı xəbərdarlıq
Cəmiyyət 16:27
Sabah bir sıra bölgələrdə güclü külək əsəcək – sarı xəbərdarlıq
Sabirabadda qaçırılan azyaşlı qız tapılıb
Cəmiyyət 16:18
Sabirabadda qaçırılan azyaşlı qız tapılıb
Qızılağac Milli Parkında qanunsuz ov edən şəxs saxlanılıb
Cəmiyyət 15:43
Qızılağac Milli Parkında qanunsuz ov edən şəxs saxlanılıb
Bakıda evdən 4 min manat oğurlanıb, şübhəli saxlanılıb
Cəmiyyət 14:05
Bakıda evdən 4 min manat oğurlanıb, şübhəli saxlanılıb
Sabahın hava proqnozu
Cəmiyyət 13:43
Sabahın hava proqnozu
Sumqayıtda azyaşlı dəm qazından boğulub
Cəmiyyət 11:27
Sumqayıtda azyaşlı dəm qazından boğulub
BDYPİ sürücülərə həftəsonu səfərləri ilə bağlı xəbərdarlıq edib
Cəmiyyət 10:57
BDYPİ sürücülərə həftəsonu səfərləri ilə bağlı xəbərdarlıq edib
Sumqayıtda yol çöküb
Cəmiyyət 09:34
Sumqayıtda yol çöküb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol