• $
  • €
  • ₽
  • ₺
  • £

Jurnalist Hafiz Babalı onu nüfuzdan salan KİV-ləri məhkəməyə verəcək

Jurnalist Hafiz Babalı onu nüfuzdan salan KİV-ləri məhkəməyə verəcək
22.01.2024 13:52
Araşdırmaçı jurnalist Hafiz Babalı onu nüfuzdan salan məlumatları dərc edən mətbuat orqanlarını məhkəməyə verəcək. Bu barədə Turana gentliyi məlumat verib. 
 
Agentlik yazır ki, jurnalist onun haqqında qafqazainfo.az, ikisahil.az, ATV kanalı və digər KİV-lərdə yayılan məlumatlara təkib bəyanatı yaysa da həmin KİV-lər həmin məlumatı yaymayıb. Buna görə də Babalı bu KİV-lərə qarşı təzminat ödənilməsini tələb edəcək. 

"Həmin medialar Babalının "qrant layihələri çərçivəsində xarici fondlarla əlaqə qurduğunu, onların göstərişi ilə araşdırmalar apardığını, yazılar hazırladığını” iddia edirdilər. Eyni zamanda bir neçə Amerika və Avropa təşkilatının adı çəkildi. Babalı bildirib ki, onun bu xarici strukturlarla birbaşa və ya dolayı əlaqəsi yoxdur. O, beynəlxalq və yerli təşkilatlardan və ya ayrı-ayrı şəxslərdən göstəriş almayıb və "xüsusi” araşdırmalar aparmayıb. Heç bir jurnalist araşdırmasına əsaslanaraq ona qarşı heç bir iddia qaldırılmayıb, heç kim ondan araşdırmalarından geri çəkilməsini tələb etməyib", - agentliyin məlumatında qeyd olunub. 
 
Jurnalist Hafiz Babalı dekabrın 14-də Xətai Rayon Məhkəməsinin qərarı ilə 3 aylıq həbs edilib. O "Abzas media” işi ilə bağlı cinayət məsuliyyətinə cəlb edilib, ona qarşı Cinayət Məcəlləsinin 206.3.2-ci ( qaçaqmalçılıq) maddəsi ilə ittiham irəli sürülüb.

Gülnar Nazimqızı 

www.anews.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Ağdamda itlər məktəbli qıza hücum edib
Cəmiyyət 18:09
Ağdamda itlər məktəbli qıza hücum edib
Sabah bir sıra bölgələrdə güclü külək əsəcək – sarı xəbərdarlıq
Cəmiyyət 16:27
Sabah bir sıra bölgələrdə güclü külək əsəcək – sarı xəbərdarlıq
Sabirabadda qaçırılan azyaşlı qız tapılıb
Cəmiyyət 16:18
Sabirabadda qaçırılan azyaşlı qız tapılıb
Qızılağac Milli Parkında qanunsuz ov edən şəxs saxlanılıb
Cəmiyyət 15:43
Qızılağac Milli Parkında qanunsuz ov edən şəxs saxlanılıb
Bakıda evdən 4 min manat oğurlanıb, şübhəli saxlanılıb
Cəmiyyət 14:05
Bakıda evdən 4 min manat oğurlanıb, şübhəli saxlanılıb
Sabahın hava proqnozu
Cəmiyyət 13:43
Sabahın hava proqnozu
Sumqayıtda azyaşlı dəm qazından boğulub
Cəmiyyət 11:27
Sumqayıtda azyaşlı dəm qazından boğulub
BDYPİ sürücülərə həftəsonu səfərləri ilə bağlı xəbərdarlıq edib
Cəmiyyət 10:57
BDYPİ sürücülərə həftəsonu səfərləri ilə bağlı xəbərdarlıq edib
Sumqayıtda yol çöküb
Cəmiyyət 09:34
Sumqayıtda yol çöküb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol